Evlilik- bir az da səbr etməkdir

Evlilik- bir az da səbr etməkdir
Evlilik
10.09.2017 4
Bir mömin kişi, bir mömin qadına nifrət etməsin. Çünki onun bir xasiyyətini bəyənməzsə başqa bir xasiyyətini bəyənər. (Müslim, Rada' 61, hədis nömrə: 1469; Müsned II, 329)



Eyy, Xədicə (Radıyallahu Ənhə) anamız kimi biryoldaşı arzulayan qardaşım, sən Rəsulullah Əleyhissalam kimi mükəmməl bir yoldaş oldunmu ki, elə mükəmməl bir qadın xəyal edirsən?



Həyat yoldaşları arası uyğunlaşma əlbəttə əhəmiyyətlidir və boşanmaq lazım olduğunda halal qılınmışdır. Lakin boşanınca mükəmməl bir qadın tapacağına zəmanətin var mı? İslami fəaliyyətlərdə olan amma axşam süfrəyə bir qab yemək qoya bilməyən bir qadın, bəzəkli bir qadın amma dağınıq bir ev səni xoşbəxt edərmi?



Bir fikirini söylədiyində, sözü ağızından buraxan, səni alçaldan, əskiklərini davamlı üzünə vuran, ailənə dəyər verməyən amma çox mədəni(!) bir qadınla məsud ola bilərsənmi?



Rəsulullah (Sallallahu Əleyhi və Səlləm) belə buyurdu:



"Sizə qadınlar haqqında xeyirli olmanızı vəsiyyət edərəm. Çünki qadın əyə sümüyündən yaradılmışdır. Bu sümükdən ən əyri şey üst tərəfidir. Əgər sən əyri sümüyü istiqamətləndirməyə çalışsan onu qırarsan! Onu öz halına buraxsan, daim əyri olmağa davam edər! Onun üçün qadınlar haqqında xeyiri tövsiyə edici olmanızı istəyərəm!"



Həyat yoldaşının məmnun olmadığın istiqamətləriylə əlaqədar gözəl bir dillə xəbərdarlıqlar edə bilərsən. Gözəl qoxunu sevirsənsə, ona bir ətir və ya deodorant hədiyyə edə bilərsən. Axşam oturmalarını sevməsənsə belə arada bir onun üçün fədakarlıq edə bilərsən.



Evlilik hər vaxt uyğunlaşma içində olmaq demək deyil. Bəzən sənə uyğun gəlməsə də uyğunlaşma təmin etmək, bir az dözmək, səbr etmək, görməməzlikdən, eşitməzlikdən gəlməkdir.



"İdeal qadın necə olmalıdır?" başlığıyla yazılmış yazıları oxuyaraq köhnəltmə özünü.

İdeal qadın analarımız idi, nənələrimiz idi bizim. Bəlkə oxuma yazma bilməz, amma evini ev, ərini ər bilər,

Makiyajı, ətiri, dikdaban ayaqqabını bilməz amma ədəbi, həyanı bilərdilər…



Həm mədəni, həm bacarıqlı qadın əlbəttə nemətdir amma unutmayaq ki dünya cənnət deyil. Allah üçün səbrimizin sonunda əldə edəcəyimiz qazanc cənnətsə, bu az bir mükafatdırmı? Əbədi xoşbəxtlik üçün bir az olsun səbrə, dözməyə dəyməzmi?



Səhranın ən gözəl yanı, içində bir yerlərdə, bir su quyusu tapılmasıdır sözünü çox sevirəm. Səhra sandıqlarınıza yaxşı baxın. Onun bir yerlərində şübhəsiz kəşf edilməmiş bir su quyusu vardır… Yetər ki, axtarmasını, baxmasını bilin…скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!