Qaynana da bir anadır

Qaynana da bir anadır
Evlilik
10.09.2017 53
Belə şeylərə görə də hər zaman evlərdə qaynana və gəlinlər arasında problemlər yaşanır. Qaynana da bir anadır, o da istəyir ki, oğlu təmiz geyinsin, oğlu yaxşı qidalansın, amma, varam o qadına ki, gəlin bilmirsə, onu acı dillə dindirib, danlamaqdansa kömək edə, başa sala. Məsələ burasındadır ki, gəlinlər də qaynanananın kömək etmə səyini yalnış başa düşürlər, qəbul etmirlər. Qayanana deyir "gəlinim bacarıqlı olsun”, gəlin deyir "mənə heç kim qarışmasın” və bu yerdə söz-söhbət başlanır. Amma, necə yaxşı olar ki, qaynana şirin dillə, təmiz ürəklə kömək edə, başa sala, gəlin də bunu sidq ürəkdən qəbul edə, öyrənə, qavraya!



Əgər hər iki tərəf də bir-birinin hər şeyinə qanedirsə, nə yaxşı! Hər kəs bir tərəfdə öz işini görür, vəssəlam! Hər halda həyat özü də bir məktəbdir, qız özü də istəsə hər şeyi öyrənə bilər.



Elə qaynanalar da var ki, gəlinlərinin "maşın-maşın cehiz”ləri yoxdur və bu zaman gəlin lap huri-mələk olsa da qaynana bu qızı sevmir ki, sevmir. Lap dəridən qabıqdan çıxsan da mütləq qaş-qabaq və acı dillə qarşılananlar da var. Eləcə də qaynananı sevməyən gəlinlər.Bu ünsürlər isə mənfi xarakterə, xüsusiyyətlərə malik olan insanlara aiddir. Təəssüf ki, belələri də var.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!