Nigahdan əvvəl tibbi müayinənin vacibliyi

Nigahdan əvvəl tibbi müayinənin vacibliyi
Evlilik
10.09.2017 31
Bu qurulacaq ailənin möhkəmliyinə, müəyyən xəstəliklərin vaxtında aradan qaldırılmasına imkanlar verir.



Ekspertər də hesab edir ki, gənclər arasında bu mövzuda maarifləndirmə işlərinin aparılmasına böyük ehtiyac var.



Nigahdan əvvəl tibbi müayinədən keçmək icbari xarakter daşıyır. Bu o deməkdir ki, qurulacaq ailənin möhkəmliyi, sağlamlığı ilk növbədə gənclərdən asılıdır.

Və bu məsələdə hamıdan çox onlar məsuliyyət daşıyacaqlar. Bəs, qanunvericiliyə edilən dəyişiklikdən ötən müddət ərzində gəncələr nə qədər məlumatlıdırlar?



Bəli, övladlara qayğı əslində fidanların dünyaya gəlməsindən sonra deyil, daha əvvəl- düzgün ailə planlaşdırmasından başlayır. Sağlam və möhkəm ailənin qurulması üçün nigaha daxil olan şəxslər bir-birlərinin sağlamlığı haqqında məlumatlı olmalıdırlar, əks-halda xoşagəlməz problemlər meydana çıxa bilər.



Ekpert Nabil Seyidov da bu qənaətdədir ki, qanunvericiliyə edilən dəyişiklik gənc nəsildə məsuliyyət hissini artırır. Bu, eyni zamanda sağlam həyatı siğortalamaq baxımından mühüm addımdıar. Bu sahədə genis maarifləndirici tədbirlərə ehtiyac var.



Ailədə qarşılıqlı sevgi, inam, hörmət olduqca vacibdir. Amma razılaşaq ki, bəzən vaxtında müalicə olunmayan xəstəliklər qara kabusa çevrilərək ailələri dağıdır.

Bu səbəbdən də toya hazırlaşan cütlüklərin gələcəkdə yaranacaq problemlərin qarşısını alması, sağlam ailə qurması üçün müayinədən keçməsi önəmlidir.

Sağlam ailənin təməli də şəffaflıqla qoyulur!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!