Cütlüklər ən çox hansı mövzularda dalaşırlar?

Cütlüklər ən çox hansı mövzularda dalaşırlar?
Evlilik
10.09.2017 10
Dalaşmayan cütlük,
problem görməyən münasibət yoxdur. Ancaq bəzi cütlüklərin arasında
tez-tez problemlər yaşanır. Bəs bu problemlər nələrdir və hansı
problemlərə görə sevdiyimiz insanı incidirik. Birlikdə nəzər salaq.



Niyə zəng etmədin?

Bütün
münasibətlərdə bu mövzuya görə mübahisələr müşaidə olunur.
Cavablanmayan mesajlar, gün ərzində zəng edilməməsi problemləri
cütlüklər arasında son illərin ən aktual mübahisə mövzusudur.



Ailə mövzusu

Hər
iki tərəf də ailə ilə bağlı həssas olduğu üçün sənin anan belə dedi,
mənim anam elə dedi mövzusu illərdir var. Hal-hazırda da bu mübahisələr
davam edir və neçə illik evlilikləri bu söz-söhbətlər bitirib.



Sosial mediada münasibətinizi göstərməməyiniz

Münasibətiniz
yoxdur və ya subay olaraq qeyd etmisinizsə və münasibətiniz olduqdan
sonra belə dəyişdirmirsinizsə, bu da bir mübahisə səbəbidir. Əgər
evlənmisiniz və evli olaraq qeyd etməmisinizsə, hər an vulkan püskürməsi
ola bilər.



O bəyənən kimdir?

Sosial
media həyatımıza girdiyi gündən bu yana tanımadığımız insanlara ünsiyət
yaratmaq daha da asanlaşıb. Bəziləri sizi, siz də bəzilərini təqib
edirsiniz və ya dostluğunuzda var. Sevgilinizin tanımadığı kiminsə sizin
şəklinizi bəyənməsi ən böyük mübahisə mövzularından biridir.



Unutmaq

Xüsusi günləri unutmaq və buna görə mübahisə yaşamaq illərdir var və belə təxmin edirik ki, bundan da sonra olacaq.



Online olmaq

Yatıram
dedikden sonra online görsənməyiniz dava səbəblərinin başında gəlir.
Yəqin ki, bir çoxlarınız öz həyatınızda və ya yaxınlarınızda bunun
şahidi olmusunuz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!