Evlilikdə qısqanclıqla mübarizənin yollar

Evlilikdə qısqanclıqla mübarizənin yollar
Evlilik
10.09.2017 12
Qısqanclıq evli cütlüklər arasında ən böyük problemlərə səbəb olan
vasitələrdən biridir. Həm qadınlar, həm də kişilər bəzən ifrat dərəcədə
qısqanclıq göstərirlər və bunun sevginin əlaməti olduğunu deyirlər. Amma
bu hec də belə olmur bəzən.

Qısqanclıq sevgi və eşqə deyil,
sahiblənməyə dəlalət edən bir haldır. Əgər siz də həddindən artıq
sahiblənmək hissi və qısqanclıqla necə mübarizə aparmağın yollarını
öyrənmək istəyirsinizsə, tövsiyələrimizə əməl etməyiniz kifayətdir.



Müqayisədən əl çəkin.

Qarşınızdakı insan, ətrafınızdakılar, siz və hər kəs özünəməxsus
xüsusiyyətləri olan insanlardır. Buna görə də həyat yoldaşınızı
qısqanmağınıza səbəb olan müqayisələrə sahibsinizsə, özünüzü başqa
insanlarla müqayisə edərək əsəbləşirsinizsə, bu zaman sizin həyat
yoldaşınız üçün xüsusi, özəl olduğunuzu ağlınızdan çıxartmayın və
unutmayın ki, heç kim sizin bənzəriniz deyil.



Özünüzü müşahidə edin.

Qısqanclıqla mübarizə yollarından biri də özünüzü müşahidə etməkdir.
Hər qısqanclıq elədiyiniz zaman özünüzdəki dəyişiklikləri nəzərdən
keçirin. İçinizdə baş qaldıran neqativ duyğu və hissləri, özünüzə və
ətrafınıza verdiyiniz zərərləri gözdən keçirin və bunlardan dərs almağa
çalışın. Boş yerə elədiyiniz qısqanclıqların həyat yoldaşınızla
aranızdakı münasibətləri zədələdiyini və aranızdakı əsl problemlərin
təməlində durduğunu unutmayın. Bütün bunları nəzərə alaraq qısa zamanda
bu hərəkətlərinizdən əl çəkməyə çalışın.



Enerjinizi kiçik jestlər, sürprizlər etməyə sərf edin.

Sevginin daha çox sevgi, qısqanclığın isə daha çox kobudluq,
problemlər və kədər yaratdığını heç vaxt yadınızdan çıxarmayın. İstər
kişi olsun, istərsə də qadın hər kəsin özünə göstərilən münasibəti hər
hansı bir şəkildə geri yansıtdığını bilməlisiniz. Buna görə də
enerjinizi və vaxtınızı qısqanclıq etmək yerinə həyat yoldaşınıza kiçik
jestlər etmək, sürprizlər hazırlamaq üçün sərf edin. Beləliklə, onunla
daha gözəl və maraqlı anlar yaşamağınızı, birgə daha çox vaxt
keçirməyinizi təmin etmiş olacaqsınız.



Sabahı daha az düşünün.

Sabahı daha az düşünməyə çalışın. Sadəcə bu günü düşünərək yaşamağın
düzgün olmadığı qədər sadəcə sabahı düşünmək və pis hadisələrə özünüzü
hazırlamaq da xoşbəxt ola biləcəyiniz bu günü qaçırmağınıza səbəb
olacaqdır. Pis sabahları düşünərək özünüzü daha da çıxılmaz vəziyyətə
salmaq yerinə anı yaşamağa və bu gününüzü yaxşı keçirtməyə çalışın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!