Gənclərin evlənmə qorxusu

Gənclərin evlənmə qorxusu
Evlilik
10.09.2017 15
Siz neçə ildir birlikdəsiniz (iki, üç, beş), əminsən ki onun xoşuna gəlirsən və ondan övladın olmasını istəyirsən. Nə üçün o hələ də sənə evlənmək təklif etmir? Aramızda evlənməkdən qorxan gənclərin sayı o qədərdir ki...



Nə vaxt biz xanımlar sevgilisinin yanında özünü çox yaxşı hiss edir, həmin andan toy haqqında fikirləşməyə başlayır. Onunla neçə müddətdir tanış olmağınıza fikir belə vermir - iki gün, yoxsa iki il. Bəs görəsən, qarşı tərəf də evlənmək arzusundadırmı? Elə problemlər də buradan başlayır.



Xanımlara nisbətən oğlanlarda evlənmək qorxusu daha çoxdur. Dünya psixoloqları bunun səbəbini araşdırıb.



Statistika sübut edir ki, kişilər qadınlara nisbətən münasibətlərinə ad qoymağa ehtiyat edirlər. Onlar evlənməkdən qorxurlar. Nə üçün? Bəli, çünki qadınlar çox fərqlidirlər. Hətta mütəxəssislər iddia edirlər ki, kişi ilə qadın bioloji cəhətdən də bir-birinə ziddir. Qadınlar başqa cür düşünür, hiss edir, reaqsiya verir, hətta dərmanların qadınlara təsiri də fərqlidir.



"Nə üçün? Bizə belə də yaxşıdır"

Ola bilsin ki, sizə birlikdə doğurdan da pis deyil. Amma nəzərə almaq lazımdır ki, qaydalara uyğun işlər var ki, bu oğlanları qane etmir. Kişilər öz həyatlarında nəyisə dəyişməkdən dəhşətli dərəcədə qorxurlar. Psixoloqlar iddi edir:



"Qadınlar daha çox emosionaldırlar? Bəlkə yanılırsan?! Diqqətlə baxsaq görərik ki, kişilər qadınlardan çox emosionaldırlar. Onlar həyatlarındakı dəyişikliklərə dözülməz reaksiya göstərirlər. Eləcə də münasibətlərində".



Evlənmək kişilərə görə başqa bir böyük mərhələyə qədəm qoymaqdır və burada nələr baş verəcək - məlum deyil. Elə onları da qorxudan budur.

Nə üçün evlənmir

1. Dəyişikliklərdən qorxur

Onun həyatı başdan ayağa kimi dəyişəcək. Məlum deyil, bu dəyişiklik ona rahatlıq gətirəcəkmi? Və o özü burada uğurlu ola biləcəkmi? Kişilərin əksəriyyəti qorxuları və həyəcanları barədə danışmağa həvəsli deyillər. Yalnız qızlar həyatlarının bütün xırdalıqlarını və detallarını kiməsə danışmağa hazırdırlar. Bizim dikbaş yarımızsa həqiqi sifətini gizlətmək üçün içində əzab çəkməyə razıdır.



2. Azadlığını itirməkdən qorxur

Məsələn, əgər bu onun dostuyla baş veribsə... Onunla tanışlarınızın "qeybətini" et. Bu söhbət əsnasında ona sübut etməyə çalış: sevən insanlar aralarındakı münaqişələri həll etməyə qadirdilər. O heç vaxt demədiyi məxfi sirrlərini sənlə bölüşəcək: mənim bir dostum evləndikdən sonra "arvadağız" olub. Digər dostum evləndikdən sonra gecə yığıncaqlarına, bizimlə gəzməyə gedə bilmir, acınacaqlı haldadır, bizi görən kimi gözləri dolur. Üçüncü isə dostları ilə əlaqəni tamamilə kəsib.



3. Səhvlər etməkdən qorxur

Kişilər də qadınlar kimi vasvasıdır: "Birdən onunla evləndim, sonra anladım ki, sən demə heç də doğru iş görməmişəm?" - bu sual kişiləri qadınlardan çox narahat edir.



"Mən heç vaxt evlənməyəcəm"

Bu fikrə başqa əlavələr etməyə ehtiyac yoxdur. Qəribə olsa da bəzi qadınlar və kişilər inanırlar ki, bu onların xüsusi fikirləridir, buna görə qarşı tərəfi incitmək lazım deyil. Bir çox qızlar da ən az oğlanlar qədər ailə həyatı qurmaqdan qorxurlar. İnanmasanızda bu real faktdır. Amma bir şeyi etiraf edək ki, evlənməkdən qorxan qadınların sayı kişilərə nisbətən daha azdır.

1. Səbəb...

Yaraşıqlı, istedadlı, ağıllı, evi, işi olan oğlanların əksəriyyəti özlərinə, səviyyələrinə, savadlarına uyğun qız tapa bilməməkdən şikayətlənirlər. Eləcə də qızlar... müasir dövrdə gənclərimizin ən böyük problemi budur - komplekslər. Onların həyat tərzi fərqlidir.



Psixoloqlar iddia edirlər ki, evli qadınlar evli kişilərdən 15 % çoxdur.

2. Bəs mənim maraqlarım?!

...bayk, deltaplan, boks yastığı... və ya... gözzəlik salonu, manikür, uklatka, şoppinq... Bəzi kişilər və qadınlar ailə həyatının həndəvərindən belə keçməyə aid deyillər. Onun üçün əsas - iş, maraqlar və əlbəttə ki, dostlarıdır. Belə insanların fikrincə "ailə həyatı" onun atdığı hər addımda yoluna çıxan bir maneədir. O, səninlə ona yaxşı olan müddətə kimi birlikdə olacaq. Əgər münasibətinizdə nəsə onu çətinə salsa o xasiyyətini dəyişmək yerinə, ayrılmağı təklif edəcək. Onun üçün əsas o və həyatıdır. Belə insanlara əlavə problemlər lazım deyil.



"Mən hələ hazır deyiləm"

Variant çoxdur: ciddi münasibətə hazır deyil, həyat yoldaşı olmağa hazır deyil, valideyn olmağa hazır deyil, boş vaxtlarını sənə həsr etməyə hazır deyil... Maraqlısı odur ki, onlar bu yerdə yalan danışmırlar. Toy barəsində bütün hazırlıqlar üçün təkcə qadınlar narahat olmurlar.



1. "Ailəsini qorumağa hazır deyil"

Dünyada belə qəbul olunub: qadın - yuvanın qoruyucusudur, kişi - qazananı. Onun üstünə ailəni saxlamaq kimi məsuliyyətli bir iş düşüb. Və onlar bu məsuliyyəti öhdəliklərinə götürməyə hələ də hazır deyillər. Oğlanların çox vaxt dediyi "ev və avtomobil alım, özümə yaxşı iş qurum, sonra evlənək" sözünün altında yatan gizli səbəb də elə budur.



2. Ata olmağa hazır deyil

Kişilərin çoxu bilir ki, övlad ailəni ömürlük birləşdirən əsas amildir. Elə buradan onun evlilikdən nə üçün qorxduğunu aydınlaşdırmaq mümkündür. Onun qarşısını nə kəsib: uşaq ağlamaları, səhərə qədər yuxusuz qalacağı gecələr, dostlarının üzücü məsəlləri? Bəlkə də qadınlar bu haqda heç vaxt düşünmürlər. Amma kişilər yox... Sevgilinə uşaqdan sonra da həyatın gözəl olacağını izah etməyə çalış. Ona bununla bağlı jurnallar, filimlər göstər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!