Həyat yoldaşınızı keçmişinə qısqanırsınız?

Həyat yoldaşınızı keçmişinə qısqanırsınız?
Evlilik
10.09.2017 12
Cavanlar bir-birinə aşiq olan kimi dünya onlara nağıl kimi görünür. Onlar bir-birlərinin səhvlərini görmür, dostlarının, yaxınlarının məsləhətlərini qulaqardına vurur. Ailə qurduqdan bir müddət sonra isə real həyatın cizgiləri ilə qarşılaşırlar. Və elə o zaman sevənlərin ağlına onun ikinci yarısının keçmişinin necə olması, ondan əvvəl kimisə sevib-sevmədiyi haqda düşüncələr gəlir.



Çox zaman qadın və ya kişi özünü həyat yoldaşının keçmiş sevgilisi ilə müqayisə edir. Bu da istənilməyən nəticələrə gətirib çıxarır. Belə lazımsız müqayisələr özünə inamsızlıq yaradır. Nəticədə o, həyat yoldaşını qıcıqlandırmağa başlayır və beləcə, onların arasında münaqişə yaranır.



Həyat yoldaşınızı keçmişinə qısqanırsınız?

Heç bir zaman qısqanclıq üçün səbəb axtarmayın. Yersiz qısqanclıq sizi depressiyaya salacaq və boşanmaya qədər aparıb çıxaracaq. Unutmayın: hər bir şəxs öz seçimində azaddır. Əgər həyat yoldaşınızı daim öz şübhələrinizlə yorsanız, o, belə münasibətdən bezərək sizi tərk edə bilər.



Əgər həyat yoldaşınızın hələ də keçmiş sevgilisini xatırlamasından şübhə edirsinizsə, ağılla davranın və onunla bu haqda danışmayın. Heç bir halda ona təzyiq etməyin. Siz bunu ona xatırlatdıqca onun keçmişi sizin aranızda durmağa davam edəcək.



Onun qohumları və dostlarını sorğu-suala tutmaqla keçmişini qurdalamayın. O keçmişi xatırlamırsa, demək, sizi həqiqətən sevir. Sizin detektivliyinizi aşkarlasa, bu, onun xoşuna gəlməyəcək. Yadda saxlayın ki, həyat yoldaşınız keçmişi ilə əlaqələrini kəsib. O sizin ağıllı, gözəl və istedadlı olmağınızı istəyir. Siz də belə olmağa çalışın.



Həyat yoldaşınızı keçmişinə qısqanırsınız?

Həyat yoldaşınıza etibar edin, keçmişi haqda suallarla onu yormayın. Sevgi inam üzərində qurulur. Bunu anladıqda o da sizə etibar edəcək.



Həyat yoldaşınız evdə olmadıqda güzgünün qarşısına keçin. Özünüzə diqqətlə baxın, fikirlərinizi aydınlaşdırmağa çalışın. Ona rast gəldiyiniz günə qədər olan həyatınızı xatırlayın. Sizin də həyatınızda yəqin ki, kimsə olub. Həyat yoldaşınız bunu araşdırmağa çalışırmı? Yox? Elə isə siz niyə qısqanclıq üçün bəhanə axtarırsınız?



Həyat yoldaşınız sizinlə yeni bir həyata başlayıb. Əgər o sizinlədirsə, demək, sizi sevir və möhkəm ailə qurmaq istəyir. Siz də bu işdə ona kömək edin. Keçmişi tamamilə yaddan çıxarması üçün əzmkarlıqla ona yardım edin.



Sevgi – inam, qayğı və hörmət deməkdir. Əgər həyat yoldaşınızı sevirsinizsə, onu qısqanclıq kimi mənfi hisslərdən uzaq tutun.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!