Evli cütlərin romantizm müddəti təyin edildi

Evli cütlərin romantizm müddəti təyin edildi
Evlilik
10.09.2017 23
Araşdırmaçılar, yeni evli cütlərin romantizm müddətini təyin etdi: 2 il, 6 ay və 25 gün. "onepoll" firması tərəfindən 10 ildən çox müddətdir evli 5 min cütlə edilən araşdırmanın nəticələrinə görə, evlilikdəki romantizm 7 ildən daha az çəkir. Yeni evlilər arasındakı romantizm 2 il, 6 ay və 25 gün sonra bitir. Bu müddətdən sonra ərlər nizamlı, qadınlar da baxımlı olmağı buraxır. Evliliyin üçüncü ilində isə cütlərin yüzdə 83'ü ildönümlərini qeyd etmək üçün səy sərf etməməyə başlayır. Araşdırmaya qatılan cütlərin yüzdə 83'ü, evliliklərinin ilk aylarında əl-ələ tutuşduqlarını açıqlayarkən, bu müddətdən sonra bu nisbət yüzdə 38'ə düşür. İlk illərdə gündə 8 dəfə bir-birlərini qucaqlayan cütlər, ilk ildən sonra bunu da etməməyə başlayır. Araşdırmaçılar, cütlərin özlərini rahat hiss etmək ilə bir-birinə güvənmək arasındakı tarazlığı tapması lazım olduğunu və cütlərin evliliklərini yenidən canladırmak üçün romantik bir axşam yeməyi yiyəbiləcəklərini və ev işlərinə kömək etmək kimi bir-birlərinə qarşı kiçik jestlər edə biləcəklərini ifadə edir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!