Ailənizə sahib çıxın

Ailənizə sahib çıxın
Evlilik
10.09.2017 16
Milli-mənəvi dəyərlərimizdən danışanda ağlımıza gələn ilk ünvan ailə olur.  



Həqiqətən də, ailə-məişət qanunlarımız əsrlər boyu arına-arına, cilalana-cilalana formalaşıb. Bu qanunların təməlində isə fədakarlıq anlayışı aparıcı amil olub. Yəni, ailə quran fərdlər bir-birilərinin hər əzabına, hər əziyyətinə qatlaşıblar. Ona görə də, əsrlər boyu ailənin dağılması böyük bir fəlakət kimi qarşılanıb. Ancaq çox təəssüf ki, son dövrlərdə mənəviyyatımızın digər sahələrində olduğu kimi ailə-məişət münasibətlərimizdə də ciddi aşınmalar müşahidə olunur. Artıq ailə fərdləri arasında o əvvəlki fədakarlıqdan əsər-əlamət yoxdur. Necə deyərlər, hamı özünü haqlı sayır və heç kim öz haqqından keçmək istəmir. Ən dəhşətlisi isə artıq ailə anlayışının özü də mahiyyətini dəyişir. Üstəlik bu, get-gedə daha sürətlə yayılmağa başlayır. Nəticədə, "yeni" ünsiyyətlər, "yeni" münasibətlər formalaşır.



Az qala tərəflərdən heç biri öz boynuna məsuliyyət götürmək istəmir. Nə sevginin, nə səmimiyyətin təravəti qalır. Hisslərin, duyğuların qarşısında az qala dərin bir uçurum meydana gəlir. Təbii ki, bu halların yayılmasında bu sahəyə "yönəlmiş" teleserialların və teleproqramların da rolu az olmur. Bu isə milli-mənəvi gözəlliklərimizin (dolayısı ilə mentalitetimizin də) ciddi fəlakətlə üz-üzə qaldığını göstərir. Az qala ailədə tərəflər bir-birilərinə müvəqqəti yol yoldaşı kimi baxırlar.



Təbii ki, belə olan halda bu ailənin sona qədər uzanma ehtimalı da azalır. Bu cür ailələrdə doğulan uşaqların da aqibəti, demək olar ki, heç də ürəkaçan olmur. Başqa sözlə, belə uşaqların bu gün doğulduqları ailələrdə yaşadıqları problemlər sabah qurduqları ailələrdə də davam edir. Beləlliklə, bu ailələr bir az da "irsi" problemlər üzərində qururlur. Halbuki ailə dediyimiz şey müqəddəs anlayışdır. Və həqiqi ailənin nə olduğunu bilənlər üçün ailə bir cənnət bağçasıdır. Ona görə də, nə olursa-olsun, ailənizə sahib çıxın və onun cəhənnəm bağçasına çevrilməsinə imkan verməyin. Bu yolda atdığınız hər bir addımın fədakarlıqdan keçdiyini də unutmayın...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!