Ailənizin dağılmağına izin verməyin

Ailənizin dağılmağına izin verməyin
Evlilik
10.09.2017 12
Hər kəs ailə həyatı qurarkən xoşbəxt olmaq diləyi ilə bu addımı atır.Lakin ailə həyatı qurduqdan sonra bir sıra problemlər və narazılıqlar ortaya çıxır. Bəs, ailəmizi hansı yolla xilas edib xoşbəxt ola bilərik? Bu sualların cavabını təqdim etdiyimiz bu yazıda axtarın.

Sağlam, xoşbəxt və təməli möhkəm ailəyə sahib olmaq üçün ilk olaraq siz özünüz buna cəhd etməlisiniz.

Çünki sağlam evlilik sağlam gələcək yetişdirir. Hər zaman yeniliklər kəşf edərək yenidən həyat yoldaşınıza aşiq ola, onunla birgə öncəki kimi xeyli vaxt keçirə bilərsiniz. Bu cür xoşbəxt ailədə böyüyən uşaqların da gələcəkləri çox parlaq və işıqlı ola bilər. Hazırkı dövrdə dünyanın bir çox ölkələrində yeni qurulan ailələrlə yanaşı boşananların sayı da az deyil. Bundan ən çox zərər çəkən isə uşaqlar olur. Yenicə düşdükləri mühitə qısa zaman kəsiyində alışa bilmədiklərindən bu cür hallar uşaqların psixologiyasında zamanla öz mənfi təsirini göstərəcək.

Problemlər yaranmazdan öncə evlilik həyatınıza diqqətli olaraq yarana biləcək çətinliklərin qarşısını alın. Hər halda həyat yoldaşınızın hansısa müsbət keyfiyyətləri var. Siz də bu keyfiyyətlərə görə onu seçmisiniz. Yarana biləcək bütün münaqişələrin qarşısını almağa cəh edin. Bu yolla həyat yoldaşınızın çatışmayan cəhətlərini yox, ən müsbət cəhətlərini özünüz üçün ön plana çəkin. Həyat yodaşınızın səliqəsizliyi kimi kiçik və önəmsiz hadisələrə diqqət yetirməyin.

Həyat yoldaşınıza hər gün heç olmasa iki kompliment deyin. Bu sözlərlə onun qəlbinin açarını ələ keçirə bilərsiniz. Həyat yoldaşınız sizə "səni çox sevirəm. Nə yaxşı ki, sən qarşıma çıxmısan” deyəndə siz çox sevinirsiniz. Unutmayın ki, onun da belə xoş sözlərə ən azı sizin qədər ehtiyacı var.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!