Ailədə sevgi

Ailədə sevgi
Evlilik
10.09.2017 15
"Təkcə sevirəm demək azdır...”



Bir ailədə tərəflərin bir-birini təbii ki, yaxşıdır.

Ancaq unutmayın ki, ailədə sevgini artırmaq istiyirsinizsə, sevginizi sevdiyiniz tərəfə bildirməlisiz.

Çünki tərəflər sevgilərini hiss etdirdikcə qarşı tərəfdə sevginin artmasına səbəb olurlar.

Üstəlik bu "sevgi mübadiləsinin” ailənin möhkəmlənməsində də rolu böyükdür.

Təbii ki, burada ailə həyatı üçün yeganə amilin sevgi olduğunu ifadə etmək olmaz.



Başqa sözlə ailədə sevgi nə qədər vacibdirsə, hörmət, sədaqət və s. də o qədər vacibdir.



Elə isə sevgini qarşı tərəfə necə hiss etdirmək olar? Hər şeydən əvvəl deyək ki, "mən ürəyimdə sevirəm” sözünü lüğətinizdən çıxarmalısız.

Çünki həyat yoldaşınız sevginizi hiss edə bilməyəcəksə, deməli, bu sevgiyə etimad da edə bilməyəcək...

Sevginizi hiss etdirmək üçün ən yaxşı yol həyat yoldaşınızı tanımaqdır.

Bunun üçün əvvəlcə həyat yoldaşınızın "sevgi dilini” müəyyən etməlisiniz.

Məsələn, bəziləri sevginin onlara şifahi şəkildə ifadə edilməsini, bəziləri bu məsələdə

hərəkətlərin əsas olduğunu, bəziləri isə hədiyyələrin "üstünlük təşkil etdiyini” bildirirlər. Siz bu üsulların birindən və ya özünüz müəyyən etdiyiniz hər hansı başqa

bir üsuldan istifadə edərək sevginizi həyat yoldaşınıza hiss etdirə bilərsiniz.

Təbii ki, bu məsələdə səmimi və təbii olmağı da unutmamalısız...

Bu "sevgi mübadiləsi” get-gedə həyat yoldaşınızın sevginizə etimad etməsinə səbəb olacaq və istər-istəməz o da bu sevgini cavabsız qoymayacaq.

Digər tərəfdən bu evdəki atmosferə də müsbət təsir göstərəcək və ailədə ünsiyyətin artmasına gətirib çıxaracaq.

Əgər uşaqlarınız varsa, onların da bu sevgidən öz "paylarını” alacaqlarını unutmayın...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!