Xoşbəxt ailə olmaq üçün 5 addım

Xoşbəxt ailə olmaq üçün 5 addım
Evlilik
10.09.2017 8
1. Müsbət düşünmək vacibdir. Cütlüklər qarşılaşdıqları problemləri həll etmək üçün əl-ələ verib çalışsalar, münasibətləri daha da zənginləşəcək. Yoxsa ki, bir tərəfin mənfi düşünməsi, heç nə etməməsi digər tərəfi də çətinə salacaq, yaxşı nəticələnməyəcək.



2. Şəffaf olun. İndi texnologiya sayəsində hər sirrimizin üstü açıldığı üçün münasibətdə şəffaflıq, sirr saxlamamaq vacibdir. "Onsuz da önəmsəməyəcək, xəbəri olmasa da olar” kimi düşüncə ilə saxlanan sirlər açığa çıxanda münasibəti bitirə bilər

 

3. Sosial ətrafa hörmət saxlamaq lazımdır. Əsasən evli cütlüklərdə valideynlərin mənfi münasibəti boşanmalara gətirib çıxarır. Hər məsələdə həyat yoldaşının yanında olmaq, hər iki ailənin qarşısında sizin də bir ailə qurduğunuzu göstərmək sərt qarşılansa da, sonda yaxşı nəticə verəcək.

Hər tərəfdən gələn mənfi fikirlərə qarşı əl-ələ vermək münasibəti gücləndirir.



4. Məsuliyyətsiz olmaq da münasibəti bitirir. Öhdənizə düşən məsuliyyətlərinizi paylaşın. Həzz aldığınız işləri seçin. Bir tərəf həmişə məsuliyyəti öhdəsinə götürüb, digər tərəf həmişə məsuliyyətdən qaçarsa, bu, sonra problemlər yarada bilər. "Hər şeyi mən edim”, yaxud "heç nəyə əlimi vurmayım” düşüncəsi də düzgün deyil.

Boynuna çox məsuliyyət yüklənən tərəf yorulub depressiya yaşaya bilər.



5. Sədaqət olmasa olmaz. Sadiq olmanın ilk qaydası yalan danışmamaqdır. Xəyanətin hər növü münasibəti bitmə nöqtəsinə gətirir. Xəyanəti hansı səbəbdən olur-olsun bağışlayıb qəbul edən tərəfin sevgi və hörməti onsuz da zamanla mütləq azalır.

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!