Serialların ailələri məhv edən 8 cəhəti

Serialların ailələri məhv edən 8 cəhəti
Evlilik
10.09.2017 9
Psixoloqlar serialların gənclər üzərindəki təsirini araşdırdılar, dəhşətli nəticələr ortayı çıxdı.



Bəzi özəl türk kanallarında göstərilən serialların, uşaqlarımız və gənclərimizin təhsili və əxlaqı üzərindəki mənfi və dağıdıcı təsirinin fərqində olsaydıq, hər birimiz evimizdəki televiziyaları pəncərədən aşağı atar və ya baltayla parçalayardıq. Cəmiyyətdəki sosial problemləri araşdıran Türkiyəli psixoloqlar, əsasən də gənclərlə bağlı çəkilən serialların insanlar üzərindəki təsirlərini araşdırıblar.



Sputnik həmin araşdırmanın nəticələrini sizə olduğu kimi təqdim edir:



1. Əsas olan eşqdir, xoşlanmadır. Bunun üçün evlilik, namus və ata-ana fəda edilə bilər.



2. Kasıb insanlar əsla xoşbəxt ola bilməzlər. Xoşbəxt olmağın tək yolu zəngin və ya məşhur olmaqdır.



3. Nikahsız cinsi əlaqəyə girməkdə heç bir problem yoxdur. Əgər böyümüsənsə, istədiyin qız və ya oğlanla istədiyin şəkildə bərabər ola bilərsən.



4. Kiminsə qiymətli, dəyərli və bəyənilən olması üçün gözəl, yaraşıqlı və zəngin olması vacibdir. Əks halda cəmiyyətdə dəyərsiz hesab edilir.



5. Başqalarını alçaltmaq və gözdən salmaq səni məşhur edər.



6. Yalan danışmaq və oğurluq etmək yaxşı məqsədlər üçün edilirsə, bu günah sayılmır.



7. Əgər ata və anan bir-birinə ilk günki kimi aşiq deyilsə, boşanıb başqaları ilə evlənməlidir və sən də onları dəstəkləməlisən.



8. Qadının gözəl olması onun arıqlığından və mini ətək geyinməsindən asılıdır. Kişinin yaraşıqlı olması isə güclü əzələlərdən və bunu hər fürsətdə göstərməkdən asılıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!