Ağız qoxusu boşanmalara səbəb olur

Ağız qoxusu boşanmalara səbəb olur
Evlilik
10.09.2017 2
Bəzən ağzınızdan gələn qoxunu önəmsəmirsiniz. Lakin unutmayın ki,
belə qoxular sizin şəxsi həyatınızda böyük problemlərə səbəb ola bilər.

Boşananlar sırasında ağız və diş qoxusu problemi ilə əlaqədar məhkəməyə müraciət edənlər ön sırada qərarlaşıb.
Ağızdan gələn qoxuya diqqət yetirilməsinin önəmi haqda danışan
türkiyəli diş həkimi Ali Rıza Altun bu problemin əsasən dişdə yaranan
daşlarla əlaqədar meydana gəldiyini, müraciət edən xəstələri ilk olaraq
ağız müayinəsindən keçirdiklərini, daha sonra isə onları müalicə
etdiklərini deyib.
Ağız təmizliyinə yetərincə diqqət yetirilməməsi, ağız iltihabları,
diş əti xəstəlikləri, çürük dişlər, ağızdakı quruluğun  bu cür qoxuların
yaranmasına səbəb ola biləcəyini deyən həkim diş daşlarının
təmizlənməsinin vacibliyi və gigiyenik qaydalara əməl edilməsinin
zəruriliyi haqda danışıb.
Əgər ağız qoxusu ağız boşluğunda olan mikroblara görə yaranırsa, o zaman yararsız dişlərin çıxarılması vacibdi.скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!