"Anasının quzusu oğullar" (Qaynanalı gəlinlər üçün)

Evlilik
10.09.2017 20
Başlıq səhv başa düşülməsin, "quzu oğullar " deyərkən hər şeyə "bəli"
deyən səssiz, sakit kişilərdən deyil də, anasının hər vaxt kiçik oğulu
olaraq qalacaq "kişilərdən" bəhs edirik.
"Anasının quzusu" təbiriylə tanıdığımız bu kişilər, anasından ayrılıb sizin təsiriniz altına girdiyində isə vay halınıza!
Qayınana problemi yalnız bizim cəmiyyətimizdəmi bu qədər mübahisə, müzakirə edilən bir mövzudur? 
Bilmirəm, amma təəssüf ki, bu mövzu hər vaxt aktuallığını qoruyur.
Bəs necə olur ki, oğul anaları oğullarını kimsəylə paylaşa bilmir?
Tamam, anladıq, sənin oğlun səninçin qiymətlidir, qayınana, bəs aldığın qız dəyərsizmi?
O kol dibindən çıxmadı hər halda...
Qayınanaların üç növü var.
Birincisi evlənməzdən əvvəl qarışmağa başlayanlar, ikincisi isə
hiyləgərcə nişanlı gəlininə yaxınlaşıb, nikahdan sonra maskasını
salanlar. Üçüncüsü isə xəyallardakı qayınana, gəlinini dəstəkləyən
qayınana tipi ki, onlar nadir olan qiymətli daşlardan olduqlarından bu
an mövzumuz xaricindədilər. 
İlk iki növdən isə hansı daha təhlükəlidir, bilə bilmərəm, amma bu
qətidir ki, bir oğul anası oğlu neçə yaşına gəlirsə - gəlsin oğulunun
əlaqələrinə qarışırsa, hələ də oğlunun həyatına müdaxilə edirsə, ortada
qəti bir problem vardır.
Bu mövzunun dərinliklərinə varıb, mütəxəsislərə məsləhətləşərək,
hadisənin tam olaraq haradan qaynaqlandığını öyrənməyi qərara aldıq.  
"Necə olur ki, bu oğul anaları oğullarını kimsəylə paylaşa bilmir?
"Bizimki kimi patriarxal mədəniyyətlərdə oğlan uşaq qiymətlidir. Bu
səbəbdən qadın, oğlan uşaq doğduğunda gəlin və həyat yoldaşı kimi müsbət
bir dəyər qazanır. Ana, oğlunun doğumuyla həyatına qatdığı bu dəyəri,
oğlunun həyatına əlavə edərək sahiblənməyə davam etmək istəyir.
Bəli, belə bir problem var və oğul analarının haradasa hamısında bu kompleksin olması ehtimalı çox yüksəkdir.
"Oğlan uşaqlarının arzu obyektini anası olaraq xəyal etməsi", yəni
atasını yox edərək anasına özünün sahib olması arzusu və hissi... Sağlam
bir inkişaf baxımından, oğlanın bunu bacara bilməməsi lazımdır. Bəhs
etdiyimiz yaşlar 4-7 yaş ətrafında olur. Bu qədər kiçik bir uşağın özünü
dünyaya gətirmiş böyük bir qadının sevgilisi olması uşağa bir tərəfdən
böyük bir güc verir, digər tərəfdən də müdhiş bir çatışmazlıq duyğusu
hiss etdirir. 
Burada ana ilə atanın əlaqəsi sağlam və könüllü bir əlaqədirsə uşaq
ananı ələ keçirə bilmir və öz yaşıdlarıyla birlikdə inkişafını sağlam
olaraq tamamlayır. Ananın oğluna bir sahib kimi davranması və öz
sözündən çıxmamaq üzrə yetişdirməsi oğulun həm yetkinləşməsi, həm də
qarşı cinslə sağlam bir əlaqə yaratmasını mümkünsüzləşdirir. Öz həyat
yoldaşıyla sağlam olmayan əlaqələri olan analar, romantik həzz və doyumu
oğullarından aldıqları üçün oğlunu itirmə qorxusu ilə hərəkət edirlər".
Analıq haqqı deyə bir şey var! 
Oğul analarının bəziləri yerlərə, göylərə qoya bilmədikləri oğullarına
heç cür uyğun bir həyat yoldaş bəyənə bilmirlər. Əslində istədikləri
özlərinə rəqib olmayacaq, onların sözünü dinləyəcək bir qız tapmaqdır.
Yoxsa davamlı oğluna gəlini pisləyib, yalnız özünün haqlı olmağı
mübarizəsi ilə həyatını heç edəcək. Oğulu subaysa və yeni bir qızla
tanış oldusa bu ananın işi çox çətinləşir. Çünki, birinci oğlunu ələ
keçərən bu "düşməni" həzm etmək lazımdır, həzm edilməyəcək qədər ağıllı,
karyera sahibi və ya da gözəl bir gəlini varsa işin ən çətin olanıdır.
Ən güclü silahı olan "analıq haqqını" tək bir haqq olaraq görən bu ana,
yalnız oğlunun əlaqəsinə deyil, eyni zamanda yaşadığı evdən yoldaşlarına
qədər hər şeyə burnunu soxursa, bu anaya deyəcək bir söz tapmaq
çətindir artıq. 

Çətin qayınanayla dil tapmaq üçün nələr etmək lazımdır? 
Cütlərin çox açıq bir əlaqəsi olmalıdır. Ünsiyyət problemi
yaşamamalıdırlar. Yoxsa kişilər anası vasitəsilə həyat yoldaşını
dəyərsizləşdirmək üzrə anasına həddindən artıq əhəmiyyət verməyə başlaya
bilir. Çətin bir qayınana ilə yaxınlıq və məsafəni çox uyğun bir hörmət
dili ilə qurmaq lazımdır. Əgər bir qadının sevgilisi, ya da həyat
yoldaşıyla sağlam bir əlaqəsi varsa, qayınanası dərd olmayacaq. Nə
olursa olsun "sənin anan belə" deyə günahlandırmalardan mütləq qaçmaq
lazımdır. Qayınana ilə probleminizi mümkün olduğu qədər qarşılıqlı, həm
də birə-bir həll etməli, üçüncü kəsləri əlaqəyə qoşub işi daha da
çıxılmaz vəziyyətə gətirməməlisiniz. Ağır təhqirlər, fiziki və psixoloji
təzyiq vəziyyətlərində özünü qorumaq üçün məsafəni uzatmaq və uzaq
dayanmaq olduqca əhəmiyyətlidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!