Ailədə ünsiyyət problemlərinin aradan qadırmağın yolları

Ailədə ünsiyyət problemlərinin aradan qadırmağın yolları
Evlilik
10.09.2017 14
Ailədə ünsiyyət problemlərinin aradan qadırmağın yolları
Bir çox qadının həyat yoldaşıyla ünsiyyətdə problemlər yaşadığı və evli
cütlüklərin bir müddət sonra bir-birləri ilə söhbər edə bilmədikləri bir
gerçəkdir. Xüsusilə sevgisiz reallaşdırılan evliliklərdə bir müddət
sonra ortaq bir məxrəc tapa bilməyən tərəflər təəssüf ki, həyat
yoldaşımla ünsiyyət qura bilmirəm nə etməliyəm sualına cavab axtarırlar
və bu suala cavab tapa bilmədiyi üçün yaxşı nəticə əldə edə biməzlər .bu
isə ya bədbəxt bir evliliyə ya da boşanmaya gətirib çıxarar.

Siz də sevgiliniz və ya,yoldaşınızla danışarkən çətinlik çəkirsinizsə,
ya da ünsiyyət problemləriniz olduğuna inanırsınızsa sizin üçün bəzi
təkliflərimiz olacaq. İlk olaraq etməniz lazım olanlardan biri
düşüncələrinizi paylaşdığınızda pis vəziyyətə düşəcəyiniz fikirini ya da
həyat yolaşınızın qızacağı fikirini ağılınızdan çıxarmaqdır. Bərabər
olduğunuz insan sizi məmnun etməyəcək bir şey dediyində belə bu mövzuda
ağılınızdan keçənləri ifadə edə bilməli və onunla danışmaq istədiyinizi
hiss etdirə bilməlisiniz.

Əlbəttə bu söhbətləri nə sizin nə onun vaxtı olmayan dar zamanlarda
deyil, düşünə biləcəyiniz, onun sizi dinləyə biləcəyi və bir nəticəyə
çata biləcəyiniz daha rahat zamanlarda etməkdə böyük fayda vardır.
Təsadüfi bir vəziyyətdə izah etdikləriniz başa düşülməyə bilər yaxud
qısa kəsilə bilər, ona görə də bol zamanınız olanda həyat yoldaşınızla,
və ya sevgilinizlə ünsiyyətinizi daha asan və aydın qura bilərsiniz.

Edilən səhvlərin en ısası isə onun yerinə düşünməniz və sanki o
danışmışcasına qərarlar vermənizdir. Bəzən öz düşüncənizdə qurduğunuz
şeylər belə yoldaşınızla çətinlik yaşamanıza və danışa bilməmənizə səbəb
olar. Ağılınızda şübhələr və soruşmaq istədiyiniz şeylər varsa bu
mövzuda açıq olmalısınız. Xüsusilə kişilər bağlı eyhamlardan çox açıq
olaraq danışılan şeyləri daha çox sevirlər və daha yaxşı ünsiyyət qura
bilməyin tərəfdarıdırlar.

Keçmiş zamanlarda həyat yoldaşınızla . və ya sevgilinizlə davalar,
mübahisələr yaşamış ola bilərsiniz ,ancaq bunu indiki ünsiyyətinizə
daşımalı deyilsiniz və onunla söhbətinizı həmişə keçmişə bağlamanız bir
müddət sonra iplərin qopmasına səbəb olacaq. Problemlərinizi daha da
böyük hala gətirəcək olan bu keçmiş daima yada salmaq gələcəkdə
yoldaşınızla danışa bilməmənizin də təməlini tamamilə uçuracaqdır.

Hirsli bir şəkildə yaxud cəmiyyət içərisindəykən mübahisəniz də bir
müddət sonra həyat yoldaşınızın , və ya sevgilinizin sizdən soyumasına
və sizinlə arasına məsafə qoymasına səbəb olacaqdır. Onunla hər vaxt
danışa bilər vəziyyətdə qalmaq üçün ünsiyyətə mane olacaq və onu
utandıracaq şəkildə davranmaqdan qaçınmalısınız, həm özünüzün həm də
onun rahat hiss edəcəyi uyğun mühitlərdə ciddi məsələləri
danışmalısınız.

Əgər bütün bunlara diqqət yetirmənizə baxmayaraq hələ yoldaşımla danışa
bilmirəm deyirsinizsə çox daha böyük problemləriniz var və diqqətli olub
bu problemləri özünüz həll etməli və ya mütəxəssislə
məsləhətləşməlisiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!