Dünyanın ən uzun müddətli evli qalan cütlüyündən tövsiyələr

Dünyanın ən uzun müddətli evli qalan cütlüyündən tövsiyələr
Evlilik
10.09.2017 14
Dünyanın ən uzun müddət evli qalan cütlüyündən xoşbəxtlik tövsiyələri…



87 il boyunca evli qalan Zelmyra və Herbert Fisher, Twitter üzərindən özlərinə yönəldilən sualları cavablandırdıqlarında bütün dünyaya nümunə olmuşdular.



Cütün uzun davamlı sevgi və bağlılıq haqqında yüngülə alınmayacaq tövsiyələri..



Ən yaxın yoldaş olduq

Biz birlikdə böyüdük və ər arvad olmadan əvvəl bir-birimizin ən yaxın yoldaşı olduq. Gerçək dostluqlar necə ömür boyu sürürsə, bizim evliliyimiz də bir ömür boyu sürdü.



Birlikdə vuruşun

Evliliyin bir yarışma olmadığını heç bir zaman unutmayın və mübahisə etməyin. Tanrı iki adamı eyni dəstəyə, qazana bilmələri üçün qoyur. Bir mövzu haqqında fərqli düşüncələrə sahib ola biləcəyinizi qəbul edin və daha əhəmiyyətli şeylər üçün birlikdə vuruşun. İncələn yerdən qopmaq yerinə, üzü yola olmağı öyrənin.



Sadiq, doğru və dürüst olun

Evliliyimizin bir sirri yoxdur. Biz yalnız ikimiz və ailəmiz üçün lazım olanları etdik. Bir-birinizə hörmət etdik, dəstək olduq və bir-birimizlə ünsiyyət qurduq. Sadiq, doğru və dürüst olun. Bir-birinizi bütün ürəyinizlə sevin.



Herbert 2011-ci ildə, Zelmyra isə 2013-cü ildə həyatını itirdi. Həyata gözlərini yumduqlarında, Herbert də, Zelmyra da 105 yaşında idiскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!