Gəlinlərə və qaynanalara həll təklifləri

Gəlinlərə və qaynanalara həll təklifləri
Evlilik
10.09.2017 8
Qadınlar.Biz bəzi gəlin-qaynana həll təkliflərini sizə təqdim edir.

Hörməti əsla əldən buraxmayın: Xüsusilə gəlinlər bu mövzuda diqqətli olmalıdırlar. Evləndiyiniz adamın ailəsini sevmək məcburiyyətində deyilsiniz. Lakin hörmət göstərmək məcburiyyətindəsiniz. Əgər hörməti əldən buraxmaz və bu qaydaya görə davransanız, yaşadığınız problemlər çox büyüməyəcək və yenə hörmət sərhədləri içində həll ediləcəkdir. Mən niyə hörmət göstərmək məcburiyyətindəyəm deyirsinizsə; bunu ağılınızdan çıxarmamalısınız: Qaynananız sizin yoldaşınızın anasıdır, yoldaşınızı sevirsinizsə və xoşbəxt bir ailə olmanızı istəyirsinizsə bunları düşünmək belə sizə hörmət mövzusunda motivasiya təmin edəcək. Ayrıca bunu da xatırlatmaq istəyirəm, yoldaşınızın ailəsi ilə yaşadığını bir problem, yoldaşınızla olan əlaqənizə mənfi bir şəkildə əks olunacaq.

Qarşı tərəfi anlamağa çalışın: Məşhur bir alimin gözəl bir sözü var: "Əgər anlarsınızsa nifrət etməzsiniz." Əgər qarşı tərəfi anlamağa çalışır, davranışlarının arxasındakı səbəbləri tapa bilsəniz, qarşı tərəfi daha rahat anlayacaq və ola biləcək gərginlikləri qarşısını ala bilərsiniz.

Problemləri yoldaşınızla həll edin: Qaynananızla yaşadığınız problemləri bilavasitə onunla danışmadan əvvəl, yoldaşınızla danışsanız çox problemi əvvəldən əngəlləyə bilərsiniz.

Gəlinlərin uyğunlaşmasını asanlaşdırmaq qaynanaların əlindədir: Qaynanalar bir zamanlar özlərinin də gəlin olduğunu və eyni yollardan keçdiyini xatırlarlarsa gəlinlərinə qarşı daha anlayışlı və tolerant ola bilərlər.Xüsusilə də evliliyin ilk başlarında, qaynanalar gəlinlərə qarşı asanlaşdırıcı olsalar, isti və səmimi davransalar, gəlinlər də yoldaşlarının ailələrinə həm daha sürətli uyğunlaşma təmin edəcək həm də isti və səmimi bir ünsiyyət quracaqlar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!