Uğurlu ailə həyatının sirri

Uğurlu ailə həyatının sirri
Evlilik
10.09.2017 19
Aparılan araşdırmalara görə, uğurlu həyatın sirri yaş amilindən asılıdır. Belə ki, tədqiqatlar təxminən eyni yaşda olan cütlüklərin nikahının daha sağlam və uzunömürlü olduğunu ortaya çıxarıb.

Uğurlu ailə həyatının sirrini tapmaq üçün Amerikada müxtəlif yaş qruplarından olan 3.000 cütlüyün nikahı araşdırılıb.



Yalnız bir il yaş fərqi olanlar, yaşıdlarla müqayisədə 3 faiz daha çox boşanma riski ilə üz-üzə qalıb. 5 yaş fərq olanlarda isə boşanma riski 18 faizə yüksəlir. Aralarında 10 yaş fərq olan cütlüklər isə boşanmağa 39 faiz daha yaxındır. 20 il yaş fərqi olanların boşanma ehtimalı çox yüksək olduğu üçün ümidverici münasibət sayılmır.



Statistika yaşlı və ya çox cavan biri ilə nikahdan əvvəl yaxşıca düşünməyi tələb edir. Lakin bunun hər kəs üçün keçərli olduğunu da demək olmaz. Tədqiqatçılar bildirib ki, gələcəkdə nələr baş verəcəyini təxmin etmək çətindir. Bu cür araşdırmaların aparılması və mətbuatda belə xəbərlərin yayılması insanların həyatlarına müdaxilə etmək deyil, sadəcə, məlumatlandırmaq məqsədi daşıyır. Sevdiyiniz insanla münasibətlərinizi qoruyub saxlamaq, xoşbəxt ailə həyatı qurmaq sizin əlinizdədir. Aranızda yaş fərqi varsa, bunun sevginizə kölgə salmasına icazə verməyin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!