Ailəni boşanmaya aparan 10 səbəb

Ailəni boşanmaya aparan 10 səbəb
Evlilik
10.09.2017 6
Mübahisələrə sərt başlamaq

Boşanma xəbərçilərindən ilki sərt başlanan mübahisələrdir. Tərəflərdən birinin çox qəzəbli şəkildə mübahisəyə başlaması, çığırması, qarşı tərəfi alçaldan sözlər işlətməsi getdikcə qızışan mübahisəyə səbəb olur və nəticədə bu halın tez-tez yaşanması cütlüyü boşanmaya qədər aparır.



Tənqid və alçaltma

Həyat yoldaşı ilə danışarkən "mənimlə bunu etməni istəyirəm” demək yerinə "sən çox eqoistsən” demək, danışarkən ondan yüksək səviyyədəymiş kimi davranmaq çox yanlış hərəkətlərdir.



Müdafiə

İnsanlar həyat yoldaşından tənqid gördüyündə dərhal özünü müdafiə edər. Bu davranış əslində həyat yoldaşını günahlandırmağın fərqli bir növüdür. Müdafiəyə qalxmaqla əslində "bu, mənim deyil, sənin problemindir” demiş olursuz. Yəni həmişə dikbaşlıq edib özünü müdafiə etmək, qarşı tərəfi günahlandırmaq münasibətin bitməsinə səbəb olur.



Divar hörmək

Mübahisə zamanı tərəflərdən birinin elə "hə, hə, yox, hə” deməsi, göz təmasından qaçması, səssiz qalması artıq iki tərəf arasında bir divarın hörülməsindən xəbər verir. Divar hörən tərəf əsasən mübahisə zamanı bədənini bürüyən o stressdən xilas olmaq istəyər. Qarşı tərəf isə bundan qıcıqlanır və mübahisəni daha da gücləndirir.



Dolma-daşma

Mübahisə zamanı adrenalin, qan təzyiqinin artması, ürək döyüntüsünün sürətlənməsi mübahisənin davam etdirilməsinə mane olur. Yəni tərəflər bildiyiniz kimi dolub daşarlar. Bu halda olan tərəf yoldaşı ilə arasında divar hörməyə başlayar.



Uğursuz çıxış yolları

Mübahisə sonunda bunu unutduracaq bir üzr, ya nəsə yoxdursa, bu, çox hallarda boşanmaya gətirib çıxarır. Münasibətlərindən qane olan xoşbəxt cütlüklərin xoşbəxtliyinin sirri onların hər mübahisə sonunda "üzr istəyirəm, səni incitmək istəmədim” sözlərini çəkinmədən demələridir.



Pis xatirələr

Boşanmanın digər səbəblərindən biri də cütlüklərin çox sıx-sıx keçmişdə yaşanan pis xatirələri canlandırması, "sən o vaxt belə etmişdin, elə etmişdin”, – deyə qarşı tərəfi günahlandırmasıdır.



Sonraya saxlamaq, ya içində yığmaq

Cütlüklər bir-birləri ilə bağlı yaşadıqları mənfiləri sonraya saxlayıb üst-üstə yığıldıqdan sonra müzakirə edirlər. Bu da mübahisələrə səbəb olur.



Duyğusal uzaqlaşma, qopma

Duyğusal uzaqlaşma – tərəflərin əvvəlkindən fərqli olaraq  bir-biri ilə heç nə paylaşmamaları, birlikdə vaxt keçirməmələri, bir sözlə, "biz” olaraq deyil, ayrı-ayrı fərd olaraq hərəkət etmələridir. Xəyanətdə bir nömrəli səbəb olan duyğusal qopma boşanmaya gətirib çıxarır.



Qəbul etməmək

Tərəflərin bir-birinə yaxın olmaq  əəvəzinə digər tərəfin söylədiklərini qəbul etmək istəməməsi, önəmsəməməsi mübahisələrə səbəb olur. Xüsusən kişilərin bu cür davam etməsi boşanmayla nəticələnir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!