Münasibətlərdə kişiləri xoşbəxt edən davranışlar

Münasibətlərdə kişiləri xoşbəxt edən davranışlar
Evlilik
10.09.2017 68
Onu olduğu kimi qəbul edin

Kişilər mükəmməldir ancaq qadınlar kimi deyillər. Qadınlar kimi düşünə bilməz, qadınlar kimi ünsiyyət qura bilməzlər. Bu səbəblə bir kişidən qadın kimi düşünməsini və hərəkət etməsini gözləməyin yoxsa xəyal qırıqlığına uğrayarsınız.



Ona fərq hiss etdirin

Sizinlə rəqabət etmək kimi bir məqsədləri yoxdur. Sizinlə görüşdüklərində kişi yoldaşlarıyla görüşmələrində fərqli bir şeylər hiss etməlidir. İşin sirri, içinizdəki dişi gücünün, qarşı tərəfin kişiyə xas gücü ilə birləşməsidir.



Ondan sevgi sözləri gözləməyin

Filmlərdə heç də elə olmasa da, kişilər sevgilərini hərəkətləriylə göstərirlər. Üşüdüyünüzdə öz pencəyini sizə vermək kimi davranışlar sərgiləyərlər. Əgər sevgilərinin sözə tökülməsini istəyirsinizsə, uzun müddət gözləməlisiniz.



Onun işə yaramasına icazə verin

Qapını açmalarına ya da işığı dəyişdirmələrinə icazə verin. Sizi xoşbəxt etmək onları da xoşbəxt edəcək. Tək istəkləri bəyənilmək və təqdir edilmək. Əgər bunu etsəniz, istədiyiniz hər şeyi edərlər.



Daha yaxşısını etməyi bacarırsınızsa…

Sizi xoşbəxt etmək üçün hər hansı bir şey edə bilər. Bəlkə siz onun etdiyi bu işi ondan daha yaxşı və sürətli edə bilərsiniz amma bunu ifadə etməyin. İstədiyi kimi etməsinə icazə verin



Tələbkar olmayın

Kişilər, yalnız yüksək maaşlı və onları qəşəng restoranlara aparan kişilərlə birlikdə olmaq istəyən qadınları çox itələyici hesab edirlər. Onsuz da iş yerindən ya da köhnə sevgililərindən kifayət qədər tələb görüblər. Əvvəl bir-birinizə vaxt verin və işləri axışına buraxın.



Onu ev heyvanınız kimi tərbiyələndirməyin

Onu olduğu kimi qəbul edin ya da buraxın öz yoluna getsin.



Empati qurun

Əgər bir kişidən xoşunuz gəlirsə, onu göz təması, isti bir gülümsəmə ya da maraqlandığınızı göstərən başqa davranışlarla cəsarətləndirməlisiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!