Evlənmək çətin deyil, evli olmaq çətindir

Evlənmək çətin deyil, evli olmaq çətindir
Evlilik
10.09.2017 27
Ailə
həyatı yalnız sevgi və sevinc hisslərindən ibarət deyil. Düzdür,
insanlar tək qalmamaq, birlikdə xoşbəxt olmaq, səadətə, sevgilisinə
qovuşmaq, oğullu-qızlı olmaq üçün ailə qururlar.

Lakin mükəmməl insan olmur. Səhv etməksə hamıya məxsusdur.

Ümumiyyətlə, qadınların psixologiyası münasibətlərdə kişilərin
psixologiyasından fərqlənir və nəticədə fikir ayrılığına gətirib
çıxarır. Həm qadın, həm də kişilər səhv edirlər. Lakin bu yazıda
qadınların şəxsi münasibətlər zamanı yol verdikləri səhvlərdən söhbət
gedəcək.

Qadınlarımız davranışı ilə sevdiyi kişilərin ən pis xüsusiyyətlərini
belə aradan qaldıra bilərlər. Amma, bu o demək deyil ki,
münasibətlərdəki bütün problemlər qadınların təqsiri üzündən yaranır və
kişilərin öz mənfi cəhətlərini aradan qaldırmağa ehtiyacı yoxdur.

Qeyd edək ki, uğurlu münasibətlərin 50 faizi qadınların davranışından asılıdır. Qadınların
bəzi hərəkətləri həyat yoldaşları ilə münasibətlərdə dağıdıcı rol
oynayır. Əlbətdə qadınlar bu səhvləri bilmədən, düşünmədən də edə
bilərlər. Bu səhv hərəkətlərin çoxu qadınların anaları tərəfindən
aşılana bilər.

Sən onu olduğu kimi sevirdinsə, indi nəyə görə dəyişdirmək istəyirsən?

Qadınlar çox vaxt sevdiyi insanı ideallaşdırırlar. Onun pis
vərdişlərini aradan qaldırmağa çalışırlar. Problemlər də məhz pis
vərdişlər aradan qalxmayanda başlayır. Lakin belə vəziyyətdə xanımlar
qərar verməyə tələsməməlidirlər. Bu məsələni zamanla həll etmək olar.

Qadınlar
sevdiyi insanı dəyişdirməyə cəhd etməməlidirlər. Ona görə ki, hər bir
şəxsin özünəməxsus xarakteri və vərdişləri var. Bir uğursuzluq baş verən
zaman bəzi qadınlar narahat olur, özlərinə bədbəxt, uğursuz insan
deyirlər. Əslində isə bəzi qadınlarımızın kifayət qədər təcrübəsi olsa,
zamanla bu problemləri aradan qaldırmaq mümkün olacaq.

Qadınlara məsləhətlər:

Sevdiyiniz insan nədən zövq alırsa, ona səmimi maraq göstərin. Bu onun
işi, sevdiyi məşğuliyyəti, etdiyi idman növü də ola bilər. Sizin onun
sevdiyi, zövq aldığı məşğuliyyətlərə maraq göstərməyiniz süni
görünməməlidir.

Bundan başqa, möhkəm və mehriban ailə üçün qadının yaxşı əhvalda olması
vacibdir. Belə ki, kişilər sevdikləri qadının yaxşı əhval-ruhiyyədə
olmağını xoşlayırlar. Kişi gülməli bir şey danışanda, zarafat etmək
istəyəndə qadın təbəssümlə cavab verməyə, geri gələndə gülməyə
çalışmalıdır. Amma kişinin hər sözünə səbəbsiz reaksiya verib həddini
aşmaq da məsləhət deyil.

Kişilər özlərini əvəzolunmaz, fərqli hiss etməkdən zövq alırlar. Bu
səbəbdən də həyat yoldaşınıza bəyəndiyiniz xüsusiyyətlərini deyin. Həyat
yoldaşınıza sizə qarşı olan hər hansı bir diqqətinə, evdə gördüyü
hansısa işinə görə təşəkkür edin. Davranışını qiymətləndirdiyinizi ona
hiss etdirin.

Çalışın ki, həyat yoldaşınızla fikirlərinizlə bölüşəsiniz. Ona
məsləhətlərinin sizin üçün nə qədər əhəmiyyətli olduğunu bildirin. Bu
onun xoşuna gələcək və sizə görə məsuliyyət hiss edəcək.

Gəlin, qadınların kişilərlə münasibətlərində buraxdığı əsas səhvlərinə nəzər salaq.

1. Qadınlar sevdiyi kişilər
üçün özlərini qurban verirlər. Onlar ümid edirlər ki, fədakarlıqları
kişilər tərəfindən yüksək qiymətləndiriləcək və kişinin ona sevgisi
dəfələrlə artacaq. Təəssüf ki, bu çox nadir hallarda baş verir. Çox vaxt
əksinə olur. Kişinin qadına olan marağı azalır.

2. Qadınlar kişilərin potensial imkanlarına aşiq olurlar.

3. Qadınlar özlərini ana kimi aparır və kişilərlə uşaq kimi rəftar edirlər.

4. Bəzən qadınlar özlərini hədsiz yüksəkdə tutur, bəzən isə çox zəif olduqlarını düşünürlər.

5. Elə
cütlüklər var ki, münasibətləri münaqişələr üzərində qurulur. Bəziləri
bu hisslərə alışır və şüuraltı münaqişəli vəziyyətlər axtarırlar (qüvvə
toplamaq üçün).

6. Elə qadınlar var ki, istədiklərinə nail olmaq üçün özlərini balaca şıltaq qız kimi aparırlar.

Əlbəttə
ki, cütlüklər arasındakı münaqişələrə səbəb olan başqa amillər də var.
Bu münaqişələri düzgün həll etmək üçünsə qadınlara səbirli olmağı
məsləhət görürəm. Ən əsası isə maraqlı həmsöhbət olmağa çalışın. Həm
danışmaq, həm də dinləmək əhəmiyyətlidir.

Bununla yanaşı özünüzə diqqət ayırmağı unutmayın. Qadın hər zaman, hər bir şəraitdə qadın olduğunu unutmamalıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!