Necə xoşbəxt bir cütlük ola bilərsiniz?

Necə xoşbəxt bir cütlük ola bilərsiniz?
Evlilik
10.09.2017 7
Araşdırmalar bəzi cütlüklərin illər keçməsinə baxmayaraq hələ də çox
xoşbəxt olduqlarını və bu xoşbəxt cütlüklərin bənzər xüsusiyyətlərə
sahib olduğunu ortaya qoyur. 40 illik araşdırma nəticələrinə baxaraq
bunun üçün hətta bir formul da irəli sürmək mümkündür. Minlərlə cütlüklə
edilən araşdırmalar nəticəsində bu cütlüklərin xüsusiyyətləri də
müəyyən edildi. 
Xoşbəxt cütlüklər yaxşı dostdurlar...

Bir-birlərini, nələri sevib, nələri
sevmədiklərini, nələrdən sıxıntı hiss etdiklərini, nələrin onları
xoşbəxt edə biləcəyini yaxşı bilirlər.

Xoşbəxt cütlüklər digərləri ilə bənzər müddətlərdə işləmələrinə rəğmən həftədə ortalama 5 saatı bir-birlərinə ayırırlar.

Xoşbəxt cütlüklər bir-birlərinə
yaxşı hislər yaşadacaq sözlər demək fürsətini heç qaçırmırlar. Qarşı
tərəfin etdiyi və xoşlarına gələn hər şeyi elə həmin andaca deyir, ya da
təqdir etdiklərini hiss etdirirlər.

Onlar bir-birləri ilə daha çox ünsiyyət qururlar. Xoşbəxt cütlüklər müzakirələrə daha yumşaq bir şəkildə başlayırlar.

Belə cütlüklərdə hər iki tərəf də
fərqli fikir səsləndirməkdən çəkinmir. Mübahisə zamanı əsəblər gərilsə
belə, özlərini güvəndə hiss etməyə davam edirlər.

Xoşbəxt cütlüklər mübahisə əsnasında
özləri özlərini sakitləşdirə bilirlər. Ehtiyac duyduqları zaman
mübahisəni təxirə sala bilir, hər şeyi düzəltmək üçün addım ata
bilirlər.

Xoşbəxt cütlüklərdə hər iki tərəf də
dediklərini anlamaq istəyən birinin var olduğunu, fikrinin,
düşüncələrinin qarşı tərəf üçün önəmli olduğunu bilir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!