Münasibətdə yaş fərqi önəmlidirmi?

Münasibətdə yaş fərqi önəmlidirmi?
Evlilik
10.09.2017 3
Bəzi münasibətlərdə yaş fərqi problemlərə səbəb olur. Yaş fərqinə
baxmayaraq sağlam bir münasibət qurmaq üçün etməli olduqlarınız.

Adətən, kişilərin
özlərindən yaşca kiçik qadınlarla münasibət qurmağa üstünlük verdiyi
düşünülür. 1930-cu illərdə aparılan araşdırma onların gənc qadınların
daha sağlam övladlar dünyaya gətirəcəyini düşündükləri üçün onlarla
evləndiklərini ortaya çıxarmışdır. Eynilə qadınlar da yaşca böyük
kişilərin yaxşı ata olacağını düşünərək, seçimlərində bunu nəzərə
almaqdadırlar. Təbii ki, bunun tam əksi də mümkündür. Ancaq hər iki
halda da tərəflər arasında yaş fərqi artdıqca bir sıra problemlər yarana
bilir. Ortaq maraq dairələri tapmaqda çətinlik çəkmə, bir-birinin
sosial həyatına uyğunlaşa bilməmək yaş fərqi çox olan münasibətlərdə
qarşılaşılan problemlərdən bir neçəsidir. Ancaq sevgi məntiq məsələsi
deyil. Əgər qarşınızda aranızdakı yaş fərqinin çoxluğuna baxmayaraq
doğru insan olduğuna inandığınız biri varsa, münasibətinizin sağlam
davam etməsi üçün bir neçə şey edə bilərsiniz.

Nəzərə alın ki, yaşınız sadəcə bir rəqəmdir.

Əgər yaşca sizdən çox böyük, ya da
çox kiçik biri ilə münasibətdəsinizsə, bu hal sizi də narahat edə bilər.
Bəzən özünüzə "Görəsən səhv edirəm?” - deyə sual verməyiniz və
çevrənizdəki insanların təsiri altında qalmağınız olduqca təbiidir.
Ancaq bu zaman yaşınızın sadəcə bir rəqəm olduğunu xatırlayın.
Münasibətinizdə ən önəmli olan şey xarakterinizdir. 20 yaşlarında
kifayət qədər yetkinliyə çata bildiyiniz kimi 40 yaşlarında da özünüzü
gənc hiss edə bilərsiniz. Burada vacib məqam isə tərəflərin bir-birinə
nə qədər uyğun olmasıdır.скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!