Sevgilinizin yalanlarını anlama üsulları

Sevgilinizin yalanlarını anlama üsulları
Evlilik
10.09.2017 24
Qarşınızdakı insan ziddiyyətli sözlər işlədirsə və narahatdırsa, yalan danışma ehtimalı yüksəkdir.
J. J. Newberry yalan aşkarlama
sənəti mövzusunda ixtisaslaşmış təhsilli bir agent idi. Silahlı
qarşıdurmaya şahidlik etmiş qadın onun qarşısında oturub "Mən heç kəsi
görmədim, silah səsləri eşidəndə sadəcə gözlərimi bağlayıb qaçdım.”
dediyi zaman yalan dediyini anlaya biləcək insan o idi. Yalanları anlama
üsulları isə sadəcə onun kimi agentlərin edə biləcəyi bir şey deyil. Bu
gün hamımız yalanları müəyyən etməkdə ustalaşa bilərik. Necə? Daha
dəqiq bilmək üçün yazımızı oxumağa davam edin.



1. Bir-birini tutmayan sözlər

Sorğuladığı qadın silah səslərini
eşitdikdə qaçdığını və o dəqiqə gizləndiyini dediktə o, burada
ziddiyyəti o dəqiqə hiss etmişdi. "Silah səsi eşidib, amma dönüb
baxmayıb.” Bu, bir insanın elə bir vəziyyətə verəcəyi reaksiya ilə
uyuşmur. Doğru dediyinə inandığınız biri ilə danışarkən sizin də baxmalı
olduğunuz nöqtə elə budur. Onun danışdıqları arasında bir-birini
tutmayan ifadələr varmı?

 

2. Gözləmədiyi bir sual soruşun

İnsanların sadəcə yüzdə dördünün
bacarıqlı yalançı olduğunu deyən Newberry "Pinokyo kimi burunları
uzanmadığı üçün yalanlarını siz özünüz tutmalısınız” deyir. Yəni yalanı
tutmaq üçün insanlara diqqətli yaxınlaşın və heç gözləmədikləri bir anda
onlara cavabını öncədən hazırladığınız gözlənilməz bir sual verib
onları tələyə salın.

 

3. Onun normal halını göz önünə gətirin

Qarşınızdakı insanın dürüst
olmadığının ən vacib göstəricilərindən biri davranışlarındakı
dəyişikliklərdir. Adətən gərgin olub indi sakit olan və ya əksinə adətən
sakit olub indi gərgin olan birinə diqqət etməlisiniz.

 

4. Səmimi olmayan hisslərə diqqət edin

Bir çox insanın gülümsəməyi təqlid
edə bilməyəcəyini deyən psixoloqlar bildirir ki, təqlid edilmiş
gülümsəmədə ya zaman yanlışdır ya da gülümsəmə lazım olandan uzun çəkir.
Hətta bəzən gülümsəmə əsəbiliyi gizlətmək üçün də təqlid edilir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!