Evlilik haqqında bəzi bilmədikləriniz

Evlilik haqqında bəzi bilmədikləriniz
Evlilik
10.09.2017 8
Düşüncələrinizi oxuya bilməz 

"Biriylə
10 il boyunca birlikdə olsanız, eyni evi, yatağı, həyatı da paylaşsanız
düşüncələrinizi oxuya bilməz. Yoldaşınız belə olsa ona nə hiss
etdiyinizi, nə istədiyinizi izah etməniz lazımdır. Kişilər siqnalları
anlamaq mövzusunda qadınlar qədər yaxşı deyil." 



Toy etmək evlənmək deyil! 

"Nişanlıykən
hər kəs davamlı toy hazırlıqlarından bəhs edir və həyatımı sevdiyim
kişilə birləşdirmənin nə qədər möcüzə olduğunu söyləmirdi. Mənsə
evlənəcək yoldaşlarım üçün tam tərsini edirəm." 



Artıq subay deyilsiniz 

"Nişanlılığımızın böyük bir dövrünü subay həyatım bitdiyi üçün yas tutaraq keçirdim. Həyatım sona çatmış kimi hiss edirdim."



"Məşğulum gələ bilməm" bəhanəsini artıq istifadə edə bilməyəcəksiniz 

"Evləndiyiniz
zaman qatılmaq istəmədiyiniz fəaliyyətlərdən qaçma şansınız da azalar.
Eşqbazlıq edərkən o ad günü partisinə ya da ailə ziyarətinə getmək
məcburiyyətində deyilsiniz. Amma evlisənsəniz bəhanələr işə yaramaz."



Onun dəstəyi üçün döyüşməyə hazır olun 

"Yoldaşınızın
anası ilə problemlər baş göstərsə -ki göstərəcək- heç olmasa ilk bir
neçə il yoldaşınızın anasının tərəfini tutmasına hazır olun." 



Onu ailəsiylə tanıyarsınız 

"Yoldaşımın
ana-atasını sevirəm. Təbii ki bəzən məni hövsələdən çıxardıqları olur
amma problem deyil. Onlarla əlaqədar daha çox şey öyrəndikcə yoldaşımla
əlaqədar öyrəndiklərim də artır. Nəticədə onu sevdiyim kişi halına
gətirən ailəsi." 



Aranızda qalmalı... 

İlk
dəfə yaxın ətrafımdan biri evləndiyində yoldaşım və yoldaşının
bir-birlərinə "gözəlim" deyə xitab etdiklərinə şahid oldum. Bunu ikisi
də edirdi. Hər kəs fərqli xitab şəkilləri istifadə edə bilər amma məncə
başqalarının bunları eşitməsinə ehtiyac yoxdur!"скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!