Evlənməkdən qorxanlar üçün

Evlənməkdən qorxanlar üçün
Evlilik
10.09.2017 25
Elmdə
"uzun müddətli əlaqə", ya da "evlənmə qorxusu" kimi adlandırılan
bağlanma qorxusu, bu qorxunun səbəbləri və qorxunu dəf etmə üsullarını
psixoloq Larissa Varol izah edir.



Bağlanma qorxusu həm qadınlarda, həm də kişilərdə istənilən yaş
dövründə yaşanılan, onların həyatında müəyyən çətinliklər yaradan,
münasibətlərində problemlərə səbəb olan və münasibətlərin uzun müddətli
olmasına əngəl törədən psixoloji problemlərdən biridir.



Bağlanma qorxusu ədəbiyyatlarda "uzun müddətli əlaqə", yaxud
"evlənmə qorxusu" kimi də işlədilir. Amerikada aparılan araşdırma
nəticəsində məlum oldu ki, son 40 ildə evliliklərin sayı nəzərəçarpacaq
dərəcədə azalmışdır.



Bağlanma qorxusunun görünən
səbəbləri; azadlıq və cinsi həyatın məhdudlaşdırılmasından, kompromisə
getməkdən, ümumi həyat ritminin dəyişilməsindən və maddi yükün altına
girməkdən qorxmaqdır. İnsanlar bəzən sadəcə qarşısındakı insanın onun
azadlığını əlindən alacağı üçün deyil, qarşısındakı insana həddindən
artıq bağlanacağından və bir gün inciyəcəyindən qorxduğu üçün də uzun
müddətli münasibətlərdən qaça bilər. Bunun səbəbi isə kiçik yaşda zəruri
bağlanmaların, yəni ana və ata ilə sağlam bir yaxınlığın olmaması,
kifayət qədər qayğı görməməsi, ya da laqeydliyə məruz qalması ola bilər.
Bununla yanaşı, ailədə ana və atanın boşanmış olması, uşağın xoş
olmayan bir evliliyə şahid olması, ya da insanın daha əvvəl yaşadığı bir
münasibətin onu xəyal qırıqlığına uğratmış olması da bağlanma qorxusunu
meydana gətirə bilər. Yaxınlıq və bağlanma qorxusu olan şəxslər
əlaqələrə etibarsızlıq və əlaqənin müvəffəqiyyətsiz nəticələnəcəyinə
dair bir inancla başladıqları üçün bu hisslər və inam təbii olaraq
onların davranışlarında da özünü göstərir və münasibətlərin mənfi yönə
doğru çevrilməsinə səbəb olur.



Qadınlar niyə bağlanmaqdan qorxurlar?

Bağlanma qorxusu ilə əlaqədar
araşdırmalarda, qadınların boşanma və ya atasız böyümə kimi ailədə
meydana gələn incidici vəziyyətlər qarşısında dərindən təsirləndiyi
müşahidə edildi. Araşdırmalarda qadının ehtiyacı olduğu zaman rahatca
axtarıb, kömək istəyə biləcəyi bir ata fiquruna sahib olub-olmamasının
qadının sonrakı həyatında bağlanma qorxusu ilə birbaşa əlaqəli olduğu
sübut edildi.

Bağlanma qorxusunun digər bir psixoloji səbəbi isə insanın keçmişdə
yaşadığı travma və stress yaradan hadisələrlə əlaqədar insanlara
güvənməkdə çətinlik çəkməsi və özünü davamlı təhlükə altında hiss
etməsidir.



Bağlanma qorxusunun öhdəsindən necə gəlmək olar?

Qarşılıqlı empati və
anlayışla bağlanma qorxusu və güvənsizlik hissi tədricən yox ola bilər.
Qarşılıqlı empati insanın ətrafına qarşı hörmətinin, öyrənmə istəyinin,
ətrafına qarşı olan diqqətinin və marağının artmasına kömək edə bilər.
Bununla yanaşı, qarşılıqlı ünsiyyət və anlayış insanın özünü
ətrafındakılara qarşı müdafiə etməsinə son qoymasına və tənhalıqdan yaxa
qurtarmasına da kömək edəcək. İnsan zamanla daxili cəhətdən
rahatlayacaq və ətrafı ilə ünsiyyət qurmağa özü həvəs göstərəcək. Yəni,
daxilindəki qorxu hissi ümidlə əvəz olunacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!