4 saniyədən az bir müddətdə özünüzü necə sevdirə bilərsiniz?

4 saniyədən az bir müddətdə özünüzü necə sevdirə bilərsiniz?
Evlilik
10.09.2017 7
Qarşınızdakı şəxslərlə tanış olduğunuz ilk saniyədə insanlar sizinlə
bağlı bir fikrə malik olurlar. Bu fikirlər qarşı cinsin nümayəndəsi ilə
ilk görüşdə və ya bir iş görüşündə gerçəkləşir. Bu səbəbdən biz də
qarşıdakı insan üzərindəki ilk təəssüratı müsbətə çevirmək üçün əlimizdən gələni etməliyik.

Sizlərə
köməkçi olmaq üçün "How to Make People Like You in 90 Seconds or Less”
kitabına nəzər saldıq. Kitab qarşıdakı insan üzərində təəssüratı müsbətə
doğru dəyişmək üçün bir neçə strategiyadan bəhs edir. Biz də bunları 5
qısa addımda topladıq. Ən yaxşı xəbər isə bunun 4 saniyədən də qısa bir
müddətdə baş verməsidir.



1. Ünsiyyətcil olun.

Kitab
fiziki olaraq və hərəkətlərinizlə qarşınızda olan insana səmimi
davranmağınızı məsləhət görür. Bunun üçün isə ağıla gəlməyən maraqlı
məsləhətlər verməkdədir. Ürəyinizi əlinizlə və qolunuzla örtməyin. Yəni
pencək geyinmisinizsə, düymələrini açıq saxlayın, qollarınızı
çarpazlamayın.



2. Göz təması qurun.

Göz
təması quran insan məhz siz olmalısınız. Beləcə, gözlərinizin təsirinin
davranışlarınızı idarə etməsinə icazə verin. Göz təması qurmaq asan
kimi görünsə də, bəzi insanlar bunu etməkdən narahat olur və ya sadəcə
olaraq bunu bacarmır. Bacarmayanlar üçün də gözəl bir üsul var.
Televizor izləyərkən ekrandakı insanların göz rənginə fokuslanın və
beyninizdə bu rəngi təkrarlayın. Bunu bir neçə dəfə etdikdən sonra eyni
üsulu insanlar üzərində də sınayın. Bir çox psixoloq həddindən artıq göz
təmasının da insanları narahat etdiyini deyir. Bu səbəbdən də
gərəyindən artıq göz təması qurmamaqda da fayda var.



3. Gözlərinizin içi gülsün.

Həmçinin,
çalışın ki, ilk gülümsəyən də elə siz olasınız. Beləcə qarşıdakı insana
səmimi biri olduğunuza dair mesaj göndərmiş olacaqsınız. İnsanlara
gülümsəməyin sizi daha yaddaqalan edəcəyini də unutmayın.



4. "Salam” deyin.

Ona
salam vermək aradakı səmimiyyəti ortaya çıxaracaqdır. Daha sonra da
səmimi və özünüzdən əmin bir əllə görüşmə hərəkəti pozitiv bir təsir
bağışlayacaq. Onun adını öyrəndikdən sonra çalışın ki, bir neçə dəfə bu
adı təkrarlayasınız. Birdən çox insanla tanış olmusunuzsa, əlinizi hər
dəfə yeni bir şəxsə uzadarkən tam şəkildə ona tərəf dönməyə diqqət edin.



5. İstəkli görünün.

Qarşıdakı insanı çox bezdirmədən istəkli görünməyə çalışın. Onun söhbəti ilə maraqlanırmış kimi görünməyiniz məsləhətlidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!