Ərlə arvadın düşüncələri fərqlidirsə, nə etməli?

Ərlə arvadın düşüncələri fərqlidirsə, nə etməli?
Evlilik
10.09.2017 17
"Evlilik iki fərqli şəxsin bir arada yaşamaq bacarığıdır”, - deyən
türkiyəli psixoloq Serap Duyğulu cütlüklərin baxış fərqinin
münasibətlərə təsirini dəyərləndirib.
Evlilik iki fərqli insanın bir ömür boyu yaxşı və pis anlarda birlikdə
olmaq, bir-birinə dəstək durmaq məqsədilə paylaşdıqları həyat yoludur.
Bir yuva qurularkən əsas məqsəd uzun illər boyunca çiyin-çiyinə,
kürək-kürəyə verərək çətinlikləri aşmaq, sıxıntıların birlikdə
öhdəsindən gəlməkdir. İki ayrı ailədə fərqli mühitdə, fərqli insanlar
kimi böyüyən iki şəxsin həmişə eyni şəkildə düşünməsi, eyni şeylərdən
xoşlanması, ya da eyni dünyagörüşünə sahib olması əlbəttə ki
gözlənilməzdir. Üstəlik, həyatı rəngləndirən tərəf də budur. Tərəflərdən
birinin heç düşünmədiyi, sevmədiyi, görmədiyi bir şeyi digər tərəfin
göstərməsi, fərqli pəncərə açması və dünyagörüşünü zənginləşdirməsi
əhəmiyyətlidir.
Fərqli dünyagörüşlərinə sahib ola bilərsiniz
Həyat yoldaşınızdan fərqli düşünə, hətta onunla zidd düşüncələrə sahib
ola bilərsiniz. Ancaq bu, onunla mübahisə edəcəksiniz anlamına gəlmir,
çünki iki ayrı ailədə iki fərqli insan kimi böyüyən insanların fərqli
düşünməsi normaldır. Bu fərqlilik uşaq böyütməkdən tutmuş, yemək zövqünə
qədər hər sahədə qarşınıza çıxa bilər.
Siyasi görüşlərdə də fərqli düşünmək, hətta seçkilərdə fərqli partiya
üzvlərinə səs vermək normaldır. Əsas məsələ odur ki, siz öz düşüncənizin
doğru olduğuna nə qədər inanırsınızsa, qarşınızdakının da öz
düşüncəsini doğru hesab etdiyini unutmayın.
Onu sizin kimi düşünməyə məcbur etməyin
Texnologiyanın inkişaf etdiyi bir vaxtda qadınlar da, kişilər də virtual
olaraq hər şeydən xəbər alır və nə baş verməsini izləyirlər. Bir sözlə,
artıq hər kəsin bir baxışı var və bir çoxumuz düşüncələrimizi başqa
insanlarla paylaşır, mübahisə edirik. Mübahisə etmək dava salmaq demək
deyil. Ailə məsələsində də tərəflərin diqqət etməli olduğu bir şey də
budur ki, fərqli düşüncələriniz ola bilər, ancaq sizinlə əks düşüncədən
olan həyat yoldaşınızın xarakteri, kimliyi, şəxsiyyəti, özünəxas
baxışları olduğunu və onu sizin kimi düşünməyə məcbur edə
bilməyəcəyinizi unutmayın. Bu, bir-birinə hörmət etməli olduğunuz
deməkdir. Bir insanı sevməyə bilərsiniz, onunla münasibət qurmaya
bilərsiniz, ancaq ona hörmət göstərməniz sizin də ictimaiyyət arasında
yerinizi təyin edir.
Başqa insanlarla necə davranırsınızsa, o cür də davranışlarla
qarşılaşarsınız.
Baxışlarınız fərqlidir deyə bir-birinizi incitməyin
Siyasi görüşlərdə fikir ayrılığı yaşamaq və fikirlərinizi müdafiə etmək
üçün mübahisə etmək başqa, ancaq öz fikrinizi müdafiə etmək üçün
başqasının düşüncələrini alçaltmaq, insanlarla dalaşmaq başqadır.
Təəssüf ki, bəzən aradakı incə cizgi yox olur və həyat yoldaşları məhz
bu məsələlərə görə bir-birinə düşmən kəsilirlər. Ancaq artıq ayrılmağa
deyil, bütünləşməyə ehtiyac var.
Sizə çox bənzəyən, sizinlə eyni düşüncələri olan, sizin düşündüklərinizi
təsdiqləyən, sizin hər istədiyinizə "hə” deyən biriylə yaşamaqla həyatı
rəngləndirmək asan olmur.
Evlilikdə vacib olan ər-arvadın bir-birini olduğu kimi qəbul edib bir
arada yaşamağı bacarmasıdır. Evlilik çətinliklərin öhdəsindən birlikdə
gəlmək, xoşbəxt olmaq, həyatdan zövq almaq məqsədilə qurulan
bərabərlikdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!