Ailələr niyə dağılır səbəblər

Ailələr niyə dağılır səbəblər
Evlilik
10.09.2017 4
Bu
gün ailə bağlarının  qopmasının  əsas  səbəblərindən  biri  aradakı 
sevgi  və  qarşılıqlı  anlaşmanın olmamasını  göstərə  bilərik.   Fərqli
maraqlar  fərqlı düşüncələr  yaxud  inamsızlıq  kimi  amillər də buna
misaldır.  Bəzən  bəlli  bir yaşda  olmasına  baxmayaraq  hələ  də
fərdlər  özlərini kifayət  qədər  tərbiyələndirməmiş mənfi  xislətlərdən
yaxa qurtarmamışlar.  Həmçinin  nə cür ailə  modeli istədiklərini 
müəyyənləşdirmədən ailənin nə olduğunu  anlamadan ailə  qururlar. 
Bəzən  isə  fərdin   daxili problemi  də ola bilir xəyanət   edir  amma
səbəbi  onun öz daxili  doymaq bilməyən  istəklərinə  sərhədsiz 
qoymasıdır. Arada  nə qədər  uyğunluq  olarsa   (əxlaq səviyyə )
cəhətlərdən  o qədər  xöşbəxt ailə  modeli yaratmaq mümkün ola bilər.

Müasir 
ailə  modelinin  təməl  prinsipləri  başlıca olaraq  hər iki tərərf 
öncə  necə bir insanla xöşbəxt  ola biləcəyni  müəyənləşdirməli,  və
bir-birlərini  (görünüş, düşüncə, mədəniyyət və ) kimi istəklərdə qane
etməlidir. Arada qarşılıqlı anlaşma  olması  ən önəmli 
faktorlardandır.   Hətta belə desək o insana baxanda  pozitiv  enerji
ala  bilməlidir.  Misal  olaraq fərqli  şəhər yaxud  rayonlarda  böyüyən
fərdlər  arasında  fərqli  düşüncələrin olması,  hadisələrə fərqli 
baxış  bucağı  qaçinılmazdır. Bunlar da  istənilən ailə  modelinin
yaranmasının  qarşısını  alan faktorlardandır. 

Qadın 
və  kişi psixologiyaları  fitri  olaraq fərqlidir.  Bəzən qadınların
bitmək  bilməyən istəkləri  , emosianallığı , mövzuları  kişilərin 
gərəksiz  hesab  etdikləri  yöndən  uzatmaları  arada  konfiliktlərə 
səbəb  ola bilir.   Kişilərin isə  bəzən  özlərinə  hər  hansı
  məhdudiyətin  qoyulmasını  qəbul etməmələri  lakin  qadınların  tam 
olaraq  onlarin (yersiz)  olsa  belə  istəklərinə   xidmət  etmələrini 
tələb etmələri  ola bilir .  kişilərin  qadınların daxili  mənəvi 
istəklərini  ödəməyin  zəruriliyini  anlamamaqları  əsas
səbəblərdəndir.   Kişilər çox  zaman qadınların  həssas  ruhiyələrini 
anlamırlar   və  qadınların  mənəvi  boşluqlarını  doldurmurlar. 
Nəticədə  qadının  mənəvi  boşluğu  ailədə  (əsəbilik, kobudluq) kimi 
təzahür edir beləliklədə  konfiliktlərin  davamı gəlir..

Ailədaxili
konfiliktlərdən  qaçınmaq  üçün   ilk olaraq  hər  iki  tərəf 
bir-birinin  xarakterini, ruhiyəsini nəydən xoşlanıb  xoşlanmadığını 
öyrənməlidir.   Güzəşt etmək,  mübahisə  olarsa  uzunçuluq  etməmək,  
qarşı  tərəfi  sərt  çəkildə  ittiham etmək kimi  xüsusiyyətlərdən 
çəkinmək  lazımdır.  Hər iki  tərəf  bir-birinin  xoşlanmadığı şeyləri 
etməməyə  çalışmalıdır.  Bunları  edə  bilmək üçün önəmli  olan 
işlərdən  biri  insanı tanımaq  , insan  psixologiyasını  müəyyən qədər 
öyrənməyə  çalışılmalıdır.  əgər  qarşı  tərəf  əsəbidirsə  ona nəyisə
izah  etmək   üçün  uyğun  zaman  gözləməy  lazımdır.

Ideal
ailə modeli  deyərkən   bütün  proemlərdən  tam  olaraq  uzaq
  olmalıdır  da   deyə bilmərik, çünki  təbii olaraq  hər kəs  insandır,
 müəyyən   daxili hissləri də var və heç  kəs  tam  olaraq biz 
istəyən  kimi  quraşdırılmayıb. Sadəcə  ən prinsipial  qayda  olaraq 
deyə bilərik  ki,  arada nə  qədər  oxşarlıq  və anlaşma olarsa  o 
qədər  ideal  ailə  modeli   yarana bilər.  bəzən  bəzi insanlar  ideal 
ailəni  yalnız  aradakı  sevgi   ilə  ola  biləcəyini  düşünürlər. 
lakin  əgər  fərdlər  bir-birinin  xarakterlərini   yetərincə  bilmədən 
əhəmiyyətsiz  yanaşaraq  ailə qurarlarsa  nəticədə  ailənin dağılmasına
gətirib  çıxarar.



Qısqanclıq 
ağıl  məntiq üzərinə    bir həddəcən  olması  normaldır.  Lakin 
yersiz  qısqanclıqlar,  qarşı   tərəfi  bezdirmək,  lazımsız 
məhdudiyyətlər   qarşı  tərəfdə özünə qarşı   bəzən  hörmətszlik, 
inamsızlıq  kimi  də anlaşılıb  arada  məsafələr, soyuqluqlar , sevginin
azalması  kimi  nəticələnə də bilər.   və  sonda  qarşı  tərəfdə 
ikrah  yarana  hətta  boşanma   ilə də  nəticələnə bilər.  bəzən insan  
qısqanıldiğını   gördükdə  sevildiyinin  amili  kimi  qəbul edərsə də, 
bu  çox  zaman  arada  söz-söhbət  ,  dava-dalaşlara da  gətirib 
çıxara  bilər. 

Ailə 
qurarkən  çox  zaman  gənclərin    gözləntiləri çox   fərqli    lakin
reallıq  tamamilə   fərqli  olur. Buna görə  də  öncədən  qarşı 
tərəflə  qarşılıqlı  istəklər  danışılmalı , bir-birlərinin 
istəklərini  özləri  ilə  uyğun  olmasını  öyrənməlidirlər. əks  halda 
öz  nəzərində  nəyin  nə  cür olmasını gözləmək  sonradan  isə elə
olmaması  ,  ailədə  ciddi konfiliktlər,  münasibətlərin pozulması , 
discomfort  ailə  mühiti   yarana    bilər.  

Ailə 
içi  münasibətlərdə  fikrimcə  ən  böyük  çatışmazlıq  fərdlərin
 nəinki  qarşı tərəfin heç  özünün  belə  nə  kimi  xarakteredə 
olmasını,  düzgün  ailə  idarə  etməyi  kifayət  qədər  bilməmələridir.

Ailəyə 
kənar  amillərin  təsiri  ən böyük  ailə   dağıdıcı    səbəbdir.  Ailə 
qurulursa  gənclər  bir-birinə  uyğunlaşmalıdır  digər  qohumlara
deyil..  çox  zaman  ailəyə  edilən  müdaxilələr,  onların  idarə
edilməsi,  problemlərin   kənar  insanların  təsiri  nəticəsində  daha 
da  çətinləşməsi  qaçınılmazdır.  Gənc  ailəyə  imkan  yaratmaq 
lazımdır  ki.  Ailə  idarəçiliyini,  çətinliklərini  həllini  
öyrənsinlər   yoxsa  ki  yersiz müdaxilələr  problemin  həlli  əvəzini 
onu daha  da  çıxılmaz  vəziyyətə gətirib  çıxarır.



Ailə 
bütövlüyünü  qorumaq  üçün   hər  iki  tərəf  evdə  olan  heç bir 
şeyi  (ana,ata) olsa  belə heç  kimə  danışmamalı  ailəsinə  kənar  
müdaxilənin  olmasına  qəti  şəkildə  izn  verməməlidir. Hər  bir
çətinikdə  bir-birinin əlindən  tutaraq  əLindən  gələni  
əsirgəməməlidirlər.

Müasir 
ailə  modelində  ailə  psixoloquna  çox  zaman ehtiyac  olur.  Bəzən 
fərdlərin  bir-birini  anlamaması,  kobudluğu,  ailə  davranışlarını 
bilməməsi  nəticəsində  və  s   etdikləri  səhvlər  mütləq  şəkildə 
ailə  psixoloqunun  yardımına  ehtiyac  duyulurr.  Ailə  psixoloqu 
aradakı  əsl  problemi  aşkar  edib kökünə  vararaq  problem   aradan
qaldırır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!