İlk görüşdə verməli olduğunuz suallar

İlk görüşdə verməli olduğunuz suallar
Evlilik
10.09.2017 25
Gününün necə keçdiyini soruşun

"Necəsən?" sualının elədə bir mənası yoxdur. Onun yerinə
görüşdüyünüz adamın gününün necə keçdiyini soruşun. Bu ilk görüşdə
soruşa biləcəyiniz ən yaxşı suallardan biridir və onun həyatı ilə
maraqlandığınızı göstərir.

 

Ev heyvanları

Ondan ev heyvanı saxlayıb saxlamadığını mütləq soruşun. Nəticədə
işlər yolunda getsə, gələcəkdə necə bir canlı ilə eyni mühiti
bölüşəcəyinizi bilməyiniz vacibdir. Bundan başqa, ev heyvanları çox
yaxşı söhbət mövzusudur.

 

Sizi birləşdirən nədir?

Bir-birinizlə maraqlanmağınızın səbəbi nədir? Onunla rəqs kursunda
tanış olmusunuz? Yoxsa ortaq bir dostunuzun doğum günündə? Harada və
necə tanış olduğunuz barədə danışmaq ikinizə də nə üçün görüşdüyünüzü və
bir-birinizi niyə bəyəndiyinizi xatırladacaq. Bundan başqa, bu
söhbətinizin rahat irəliləməsini təmin edəcək.

 

Yemək

Yemək üçün getdiyiniz yerə nə üçün üstünlük verdiyiniz haqqında
danışın, ən çox hansı yeməkləri sevdiyini soruşun, gecənin sonunda gələn
dəfə hansı restorana gedəcəyinizi danışıb ikinci görüşü planlaşdırın.

 

Ən yaxın dost

Müsbət bir mövzuda sual vermək müsbət bir söhbət doğurur. Ona ən
yaxın dostu haqqında suallar verin, beləcə necə biri olduğunu daha yaxşı
anlayacaqsınız.

 

Ən yaxşı

Çox səmimi ayrıntılara girmədən onun üçün ən yaxşı kitabın hansı
olduğunu, hansı filmi ən çox sevdiyini, şəhərdəki ən yaxşı
qamburgerçinin hansı olduğunu soruşun. Bütün bunlar müsbət söhbətlər
doğurur və aradakı səmimiliyi qüvvətləndirir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!