Ailə qurarkən nəyə diqqət etmək lazımdır?

Ailə qurarkən nəyə diqqət etmək lazımdır?
Evlilik
10.09.2017 51
Məlum
olduğu kimi hər bir Azərbaycan vətəndaşının sərbəst və öz seçdiyi
şəxslə evlənmə hüququ var. Müasir dövrümüzdə bir çox sevən oğlan və
qızın ailə həyatı quraraq ömrünün sonuna kimi xoşbəxt yaşadıqlarını deyə
bilərik. Amma bunu da demək olmaz ki,hər sevən cütlük ailə səadətinə
nail olur. Təəssüf ki,bir-birini sevən iki gəncin müxtəlif səbəblərdən
ayrıldığını,yaxud xoşbəxtliyini itirdiyini,hətta cinayət hadisələrinin
də şahidi oluruq. Ailə həyatı qurarkən təkcə sevgini əsas götürmək də
olmaz, ailə məsləhəti də nəzərə alınmalıdır.Bəzən valideynin məsləhətinə
qulaq asmamaq sonda fəlakətlərə yol açır.

Təəssüf
ki,müasir dövrümüzdə də köhnə adət - ənənələr qalmaqda,fəaliyyət
göstərməkdədir. Bunlardan biri də sırf məntiqə əsaslanan evliliklərdir.
Xüsusən rayon və kənd yerlərində rastlaşdığımız bu cür evliliklər sadəcə
valideynin tələbi ilə həyata keçir. Buna misal olaraq qohumun qohum
ilə,tanışın tanış ilə ailə həyatı qurmasını göstərmək olar. Sevgi
əsasında qurulmayan bu evlilik ailədə daim söz-söhbətin olmasına,oğlanla
qızın bir-birine nifret etməsinə,təəssüf ki, bəzən xəyanətə və cinayətə
yol açır. Xüsusən qızların son zamanlaradək bu cür evliliyə məcbur
edildiyi görünür. Bəzən heç valideyn fikirləşmir ki,bəlkə qohum dediyi
bu oğlan narkaman,ya da əxlaqsız birisidir? Eyni zamanda ailəsinə qarşı
çıxıb sevdiyi şəxslə evlənmək istəyən xanım ya bəy də eyni
zamanda,düşünməlidir ki,bəlkə sevdiyi qumarbazdır? Ən dəhşətlisi sevdiyi
oğlan bir qızın başqasına ərə verilməsidir bəlkə də. Təəssüf ki, bəzən
valideyn zorakılığı gənc qızların intihar etməsinə, gənc ömrünə
qıymasına səbəb olur.

Sonda
onu deyə bilərəm ki,ailə həyatı qurarkən valideyn məsləhəti ilə sevgi
vəhdətdə olmalıdır. Valideynlə övlad arasında münasibətlərin pozulması
sonda heç vaxt düzəlməyəcək ailə münaqişələrinə,aradakı hörmət ve
dostluğun sonuna gətirib çıxara bilər.

Əbülfəz Kərimovскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!