Yeni evlilər üçün hədiyyə seçimləri

Yeni evlilər üçün hədiyyə seçimləri
Evlilik
10.09.2017 9
Ola bilər ki, həyat yoldaşınıza mənalı və evliliyə
uyğun romantik bir hədiyyə seçməyə çalışırsınız və ya ən yaxın dostunuz
evləndi və ona xoşbəxtlik arzulamak üçün yeni evlilərə uyğun gözəl bir
hədiyyə axtarırsınız. Ya da ən sevdiyiniz dostunuz sizi toy sonrası
qonaq dəvət etdi. Həm xatirə olaraq saxlayacağı, həm də xoş hisslər
ötürə biləcəyiniz mənalı hədiyyə axtarırsınız? Onda bu yazımızı əvvəldən
sonadək oxumağınızı məsləhət görürük.

Yeni evlilərə nə hədiyyə
alına bilər? Onlara bir ömür boyu xoşbəxtlik arzulamaq üçün hansı
hədiyyə ilə qonaq getmək olar? Yazımızda bu suallarınıza cavab
tapacaqsınız.
Bu zaman ağla gələn ilk hədiyyələr: divar tablosu, suvenirlər,
elektrikli mətbəx alətləri, yemək aksesuarları, farfor yemək dəsti və ya
çay dəstidir. Sizcə də qab-qacaq, suvenir, bəzək əşyaları
almağın modası artıq keçməyibmi? Onlar üçün daha unudulmaz hədiyyə
etməli olduğumuz barəsində yəqin ki, hamımız həmfikirik. Lakin bir
hədiyyənin unudulmaz olması heç də hədiyyənin həcminin və ya xərcinin
böyük olması anlamına gəlmir. Hədiyyə seçimində əsas məqsəd alınmış
hədiyyənin istifadə ediləcək bir şey olmasıdır. Bu çox kiçik bir nüans
da ola bilər. Əsas odur ki, hədiyyə etdiyiniz şəxslər onu daim istifadə
edə bilsinlər. Aşağıda sizlər üçün maraqlı bir neçə versiyanı təqdim
edirik.



Şahmat taxtası.

Yeni evlilər öz evlərində birlikdə vaxt keçirməyi sevirlər. Onlara
boş vaxtlarında istirahət edərək əylənə biləcəkləri şeylər hədiyyə edə
bilərsiniz. Misal üçün elə şahmat taxtası. Yaxınlarınız bu hədiyyənizdən
məmnun qalacaq və hər dəfə şahmat oynayarkən sizi xatırlayacaq.



Aksesuar üçün asılqan.

Bu hədiyyə daha çox bəylərin öz xanımlarına ala biləcəyi möhtəşəm
seçimdir. Hər bir qadın öz bəzək əşyalarını asanlıqla yerləşdirə
biləcəyi bir asılqana sahib olmaq istəyər. Güzgünün qabağına qoyula
biləcək bir asılqana heç bir xanım yox deməz.



Sukkulent dibçək bitkisi.

Əgər yaxınlarınıza bəsləyib böyüdə biləcəyi bir hədiyyə almaq
istəsəniz, onda dibçək bitkisi ala bilərsiniz. Asan qulluq olunan bitki
almaq arzusundasınızsa, seçiminizi sukkulent bitkilər arasından etmək
olar.



Termos fincanlar.

Hər bir evdə istifadə edilə biləcək termos fincanlar yeni il üçün
yaxşı seçimdir. Xüsusilə yeni evli dostlarınız sizi evlərinə dəvət
ediblərsə, onlar üçün bu hədiyyəni ala bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!