Hiperaktivlik boşanmaya da yol açır

Hiperaktivlik boşanmaya da yol açır
Evlilik
10.09.2017 5
Bildiyimiz kimi diqqətsizlik və ya hiperaktivlik insan həyatında müxtəlif problemlərin yaranmasına səbəb olur.

Həmin problemlərə içtimai həyatda uğursuzluq, ailə problemləri, karyera həyatında çətinliklər, iş dəyişdirmə və s. aid edilir.

Məlumata görə yeniyetmələrdə görülən hiperaktivlik sonradan evlilik həyatında problemlərə yol açır.

Ege
Universitetinin Tibb Fakültəsindən bildiriblər ki, hiperaktivlik
nevroloji əsaslı inkişaf pozuqluqlarından biridir. Bu problem tipik
olaraq özünü uşaqlıq çağından göstərir. Daha çox diqqətsizlik,
unutqanlıq və həddindən artıq hərəkətlilik (hiperaktivlik) yaranan
reaksiyaların idarə edilməsində müxtəlif çətinliklər yaradır.

Beləki,
bu zaman impulsiv reaksiyalar asan bir şəkildə ani olaraq başqa
istiqamətlərə yönəlir. Bunun nəticəsində müxtəlif problemlər və
uğursuzluqlar olur. 

Əgər
uşaqlıq çağında bu əlamətlər istiqamətində həkimə müraciət edilsə və
düzgün diaqnoz qoyulsa onların yarısından çoxu yetkinlik dövrlərində
həmin problemlərlə üzləşməzlər. Çünkü, həmin dövrlərdə nümunəvi ailə və
uğurlu karyera qurmaq, nəcib əməllərə xidmət etmək üçün gözəl addımlar
atmaq olur. 

Müalicə olunmayanların bir qismində gec-tez yuxarıda sadalanan problemlər yaşanır.

Ailə
quranların bəzilərində ailə qayğıları ilə məşğul olmamaq,
sədaqətsizlik, lazımi məsələlərə fikir verməmək, diqqətsizlik və ailə
dəyərlərinə hörmətsizlik ciddi fəsadlara, boşanmalara əsas yaradır.

Mütəxəssislərin
fikrincə impulsiv davranışlar, tez əsəbiləşmələr, həyat yoldaşına
hörmətsizlik, diqqətsizlik və evlə əlaqədar məsuliyyətlərin yerinə
yetirilməməsi ailə daxili problemlərə səbəb yaradır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!