İllərə meydan oxuyan məhəbbət tarixçələri

İllərə meydan oxuyan məhəbbət tarixçələri
Evlilik
10.09.2017 6
Ulduzlar
arasında möhkəm və uzunömürlü nikah nadir rast gəlinən haldır. Bu gün
tanınmış simalar bir yana, adi insanlar arasında belə, boşanma halları
getdikcə artır. Buna baxmayaraq, dünya ulduzları arasında bütün
çətinliklərə qalib gələn cütlüklər az deyil...

 

Adriano Çelentano və Klaudiya Mori, 51 il birlikdə

Bu
cütlüyün bir-birinə olan ehtiraslı sevgisi yarım əsrdir davam edir.
Onların dostları cütlük haqqında fikirlərini  heyranlıqla ifadə edir və
bildirirlər ki, Adriano Çelentano ilə Klaudiya Mori uzun müddət bir
yerdə yaşayır və hələ də bir-birini dəlicəsinə  sevirlər!

 

Kit Riçards və Patti Hansen, 37 il birlikdə

Patti
və Kit 37 ildir canbir qəlbdə yaşayırlar. Onlar birlikdə bir çox
maneələri aşaraq ülvi hisslərini qoruyub saxlaya biliblər. Bu cütlük
təsəllini və əsl dost dəstəyini yalnız bir-birində tapır. Patti Hansen
açıqlamalarının birində həyat yoldaşı haqqında bunları deyib:

"Kit məni xilas etdi. Onun məhəbbət və qayğısı məni müsbət enerji və ümidlə əhatə edərək, depressiyadan çıxmağa kömək etdi".

 

Ozzi Osborn və Şeron Osborn, 37 il birlikdə

Ozzi
qrupdan qovularkən Şeron ona öz yardım əlini və ürəyini təklif etdi.
Onlar üç ildən sonra evləndilər. Cütlüyün bu nikahdan üç uşağı dünyaya
gəlib. Bütün çətinliklərə rəğmən, onlar indiyə qədər bir-birinin əlini
buraxmır. Ozzi etiraf edir ki, ömür-gün yoldaşını həyatından daha çox
sevir və dəyər verir.

 

Semuel L. Cekson və LaTanya Riçardson, 36 il birlikdə

Onlar
birgə olduqları müddətdə müxtəlif sınaqlara sinə gərərək, bütün
çətinliklərə qalib gəldilər. Semuel deyir ki, 30 illik nikahdan sonra
başa düşürsən ki, sevgin zəfər çalıb və sənin ailə dəyərləri haqqında
danışmağa tam haqqın var.  

 

Stinq və Trudi Stayler, 34 il birlikdə

Onlar 1982-ci ildə tanış olub. Cütlük o vaxtdan bu günə qədər ayrılmayıb. Stinq:

"Ehtirasımı
ancaq bir adamla öldürə biləcəyim heç vaxt ağlıma gəlməzdi. Sevdiyin və
səni sevən insanla birlikdə yaşamaq möhtəşəm duyğudur!"

 

Ceymi Li Kertis və Kristofer Qest, 32 il birlikdə

Bu cütlük ilk baxışdan bir-birinə dəlicəsinə aşiq olub. Ceymi Li Kertis Kristoferin şəklini bir jurnalda görüb və bəyənib.

Kristoferi ilk baxışda bəyənən Ceymi rəfiqəsinə bu sözləri demişdi:

 

"Mən bu oğlana ərə gedəcəm!”

Maraqlıdır ki, cütlük tez bir zamanda tanış olur  və onların münasibətləri nikahla nəticələnir.

 

Kevin Beykon və Kira Sedjvik, 28 il birlikdə

Kevin
Kiranın məhəbbətini qazanmaq üçün uzun müddət onun nazını çəkib. İlk
vaxtlarda Kira Kevinə qarşı biganə olsa da, nəticədə aktrisa ona şans
vermək qərarına gəlib. Kira bu qərarından qətiyyən peşman deyil. Cütlük
28 ildir evlidir.

 

Hyu Lori və Co Qrin, 27 il birlikdə

Hyu
Lori və Co Qrinin gərgin iş qrafiki olsa da, bir an bir-birilərini tərk
etmirlər.  Hyu Lori özü də etiraf edir ki, Co ilə bir-birini gözəl
tamamlayırlar:

"Hiss edirəm ki, illər keçdikcə biz bir-birimizə daha yaxın oluruq".

 

Liza Kudroy və Mişel Stern, 21 il birlikdə

Onlar
1987-ci ildə tanış olub. Lakin o vaxt Liza Mişeli ciddi qəbul etmirdi.
Bir neçə il sonra onlar "Dostlar" serialının çəkilişləri vaxtı yenidən
qarşılaşdılar. Serial zamanı cütlük arasındakı münasibətlər sıxlaşdı və
bu əlaqə tezliklə toyla nəticələndi. Onların bir oğlu və 21 ildir davam
xoşbəxt ailə həyatı var.

 

Sindi Krouford və Rendi Herber, 21 il birlikdə

Onlar
1995-ci ildə tanış olub. Təəccüblüsü odur ki, Herber Sindiyə dəli kimi
aşiq olsa da, ona evlilik təklif etməyə cəsarət etmirdi. Bu işi Sindi öz
öhdəsinə götürərək, tanışlıqdan 3 il sonra Herberə evlilik təklif etdi.

Ayrılmaz
cütlüyün bu nikahdan 2 övladı var. Sindi müsahibələrinin birində ailə
həyatı barədə bunları etiraf edib: "Bu, həyatımda dostluqla başlayan ilk
münasibətdir. Bütün qadınlara bu üsulu sınamağı tövsiyə edirəm. Onda
nikahın təməli də möhkəm olur”.

 

Ceyms Beluşi və Cennifer Sloun, 18 il birlikdə

Beluşi
gələcək ömür-gün yoldaşı, həyatının mənası ilə 1998-ci ildə tanış olub.
O, Cennifer Slounla elə həmin il evlənib və bu nikahdan onların iki
uşağı dünyaya gəlib.

Ceyms Beluşi hər fürsətdə həyat yoldaşına olan duyğularını dilə gətirir: 

"Mənə sevməyi həyat yoldaşım öyrədib!"

 

Ben Stiller  və Kristin Teylor, 17 il birlikdə

Onlar
gecə tədbirlərinin birində tanış olublar. Ben Stillerlə Kristin Teylor
da ilk baxışdan aşiq olan cütlüklər siyahısına daxildir. Onların ilk
tanışlığından 17 il keçir. Bu illər ərzində cütlüyün sevgisi solmayıb.
Onların bu xoşbəxt nikahdan 2 övladı var.

Ben
Stiller müsahibələrinin birində həyat yoldaşına olan sevgisini bu
sözlərlə ifadə edib: "Məsələ ondadır ki, mən inadkar romantikəm. Həmişə
xəyallarımdakı ağ atlı şahzadə xanımla qarşılaşacağım günü gözləmişəm.
Onun nə vaxtsa rastıma çıxacağına əmin idim”.

 

Beyons və Cey-Zi, 14 il birlikdə

Onlar
2002-ci ildə tanış olub və münasibətlərini uzun müddət ictimaiyyətdən
gizli saxlayıblar. Cütlük şəxsi həyatı barədə danışmağı xoşlamır. Bu
məsələdə hər ikisi çox inadkardır. Yəqin, uzun və xoşbəxt münasibətlərin
bir sirri də onu kənar şəxslərdən uzaq tutmaqdır. 

 

Robert Dauni və Syuzan Levin, 13 il birlikdə

Onlar
xoşbəxt olmaq üçün uzun yol qət ediblər... Hər halda, bir-birini tapa
biliblər. Syuzanla tanışlıq Robert üçün əsl möcüzə olub. Belə ki,
sevdiyi qadına olan məhəbbəti onu bütün asılılıqlardan, pis vərdişlərdən
birdəfəlik xilas edib.

Dauni həyat yoldaşından bir gün belə, ayrı qalmaq istəmir:

 

"Həyat yoldaşımı iki həftə görməsəm, dayana bilmərəm!"скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!