Ailə xoşbəxtdirsə deməli, insan da xoşbəxtdir

Ailə xoşbəxtdirsə deməli, insan da xoşbəxtdir
Evlilik
10.09.2017 2
Ailə
şəxsiyyətin tərbiyəsi və inkişafının sosiomədəni mühitidir. Ailə
insanın həyatında, formalaşmasında mühüm rol oynayır. Uşağın doğulması,
inkişafı, formalaşması ailədən başlayır. Uşaq ailədə elə ilk gündən
birgəyaşayış normalarını mənimsəyir, öz ailəsində olan yaxşını və pisi,
ailəyə aid olan hər bir cəhəti götürür və artıq gələcəkdə uşaq ailəsində
gördüklərini təkrar edərək , sosiallaşır.

 Ailə
eyni zamanda cəmiyyətin də vəziyyətini əks etdirir. Yəni cəmiyyətin
iqtsadi, sosial, maddi durumu necədirsə, ailə də eyni tərzdə olur. 
 Ailəni biz həyatımızın bir parçası da deyə bilərik. Ailənin əsasında ən
başlıca rol oynayan insanlar valideynlərdi. Yəni ana və ata. Məhz
onların sayəsində biz böyüyüb, boya-başa çatırıq. İnsan həyatda hər bir
zaman valideynlərə borcludur. Övlad ancaq valideynə borcunu: öz sevgisi
ilə, qayğısı ilə, hörməti ilə verə bilər. Bunun üçün  insan daim həyatda
ailə üçün nümünə olmalıdır. Valideynlər  o vaxt sevinə bilər ki, övlad
daim ana- atasının başını uca etsin. Əsl övlad ata- ananın çətinliklə
keçirdiyi yollarla böyüdüb, başını uca zirvəyə çatdıran, daim ailənin
yanında olan , ana –atanın zəhmətini görüb , onlara yardım edən, hər
zaman sevgi, qayğı göstərən insana deyilir.

Həyat
insana bir dəfə verilir.  Bunun üçün biz həyatımızın bir hissəsini
ailəyə həsr etməliyik. İnsan zamanın qədrini bildiyi kimi, valideynlərin
də qədrini vaxtında bilməlidir. Axı onlarsız həyatın mənası yoxdur.

Ana evin istiliyidir, işığıdır,  qayğı göstərənidir. O, bir övladı
dünyaya gətirənə qədər nə qədər kəşməkeşli yollardan keçir. Uşaq
doğulur, amma ana yenə can qoyur, uşağı böyüdür. Əbəs yerə demirlər ki,
cənnət anaların ayaqları altındadır.

Ailədə
atanında rolu böyükdür. Ana tək başına övladı böyüdə bilməz. O da övlad
yolunda çox əziyyət çəkir. Ata evin dayağıdır, onu qoruyandır.

Ailədə
kişi ilə qadın arasında bütövlüyün olması mütləq vacibdir. Əgər
münasibətdə tamlıq, bir – birinə hormət, qarşılıqlı sevgi, dayaq
,anlaşma eyni zamanda da dostluq varsa, o ailə artıq "bütöv ailə”  hesab
olunur.

Ailədə
olan tərəflər bir – birilə eyni zamanda dost olmalıdır. Dostluq 
insanların bir - birinə qarşılıqlı  münasibət və qarşılıqlı təsir
sistemidir. Ailə dostluğu isə tərəflərin bir – birilə qarşılıqlı
bağlılığı, sədaqəti, qarşılıqlı hiss və arzuları ilə seçilir. Eyni
zamanda valideynlər çalışmalıdırlar ki, uşağın da ən səmimi və etibarlı
dostu olsunlar. Belə olduqda uşaq məhz ailəyə dayaq olur, heç bir sözünü
, yaxud səhv hərəkətini gizlətmir. Ailədə hər iki tərəf tam sədaqətlə,
ağıl və şəriət çərçivəsində bir – birinin razılığını qazanmalıdır.

Ailədə kişi ilə qadın öz istəklərini bir- birilə bölüşməli, bütün mərhələlərdə bir – birilərinə həmrəy olmalıdırlar.

Ailənin
bütövlüyü üçün əsas şərt ailə üzvlərinin bir –birinə qarşı hörmətidir.
Hörmət varsa ailədə rifahda var, sevgidə var. Qarşılıqlı olan yerdə
səmimiyyətdə olur.

Müasir
dövrdə bir çox problemlər var. Qlobal, istisadi, siyasi, ekoloji ,
maddi , eyni zamanda psixoloji problemlər, iş həyatında isə stress,
aqressiya, konfliktlər və s. Bu problemlərdə insana psixoloji təsir
göstərir, insanın saglamlığının aşağı səviyyədə olamasına, eyni zamanda
birbaşa ailəyə təsir göstərir.

Müasir dövrdə geniş yayılmış problemlərdən biridə ailə daxilində olan konfliktlərdir.Konflikt
latın sözü olub , mənası "mübahisə” deməkdir. Yəni insanların
fikirlərinin, maraqlarının, dünyagörüşünün bir – birindən fərqli
olmasıdır. Ailə daxili mübahisələrin səbəbləri ən çox işsizlik, işdə
olan stress , aqressiya, maddiyatın zəif olması, qadın ilə kişi arasında
mövcud olan problemlərdir. Bundan başqa ailənin natamam olması , yəni
övladın olmaması da problemə gətirib çıxarır.



Müasir
dövrdə ailədə rast gəlinən problemlərdən biri də qısqanclıqdır.
Qısqanclıq     hər hansısa bir hərəkət , yaxud situasiyada qarşı tərəfə
təsir edən reaksiyadır.  Qısqanclıq geyimlə, işlə bağlı müəyyən
xüsusiyyətlərin xoşa gəlməməsi ilə olur. Qısqanclıq ən çox ailəyə təsir
göstərir. Qısqanclıq hər iki tərəf üzvlərində ola bilər. Əgər kişidə bu
xüsusiyyət çoxdursa, qadın bu cür yanaşmanın qarşısını almalıdır. Qadın
birinci növbədə bu situasiyada özünü ələ almağa bacarmalı, qarşılıqlı
anlaşmaya yol verməlidir. Ailədə qarşılıqlı anlaşma, tərəflərin  bir –
birinin fikirlərinə qulaq asması problemi həll edə bilər. Bayaq qeyd
etdiyim kimi əks təqdirdə bir çox problemlər, eyni zamanda ailə
böhranları, zorakılıq da baş verə bilər.

Ailədə
baş verən digər problemlərdən biridə ailə zorakılıqlarıdır. Zorakılıq
müasir dövrdə geniş yayılan psixoloji problemdir. İstər ailədə, istərsə
də təlim-tərbiyə müəssisələrində, eyni zamanda cəmiyyətdə fiziki,
emosional, psixoloji və aktual xarakterli zorakılıqlara çox təsadüf
olunur.

Ailədə
baş verən zorakılığın səbəbləri ailənin natamam olması, qadın ilə kişi
arasında olan problemlər, valideynlərin psixoloji cəhətdən sağlam
olmaması və s. göstərmək olar. Kişinin qadına qarşı göstərdiyi fiziki
zorakılıq həm qadına, həm də ən çox uşağa təsir edərək, birbaşa
psixikada iz salır , nəticədə psixoloji problemlərə yol açır.  Buna
baxmayaraq sonralar ailədə hər şey düzəlir, münaqişələr də qaydasına
düşür. Amma uşaqda ciddi problemlər yaranır.

Çünkü
problemlərin belə desək, çox hissəsi uşaqlara psixoloji cəhətdən təsir
göstərir. Fobiyalar, nevrozlar, aqressiya və s.  Niyə? , səbəbi nədir?-
sualını həkimə verən ailə səbəbini başa düşə bilmir. Səbəbi isə
aydındır. Burada söhbət təkcə zorakılıqdan getmir. Ümumiyyətlə ailədə
olan problemlər də aiddir. İnsan psixikası elə bir məkandır ki , bizi
idarə edir. İnsana kənardan təsir edən hər şey psixikada cəmlənir. Bunun
nəticəsində problemlər yaranır. Adi faktiki olaraq bayaqkı misalda
göstərdiyim qorxu. Qorxu bilavasitə beyinə təsir edərək, qorxu
nevrozuna, panikalara, hallunasiyalara, autizm ,daun sindromuna, uşağın
ünsiyyətdə olan problemlərə səbəb ola bilər. Təbii ki, belə hallarda 
uşaqı bu durumdan uzaqlaşdırmaq məsləhətdir.

Təssuf
ki, belə ailələrə son dövrdə daha çox rast gəlinir. Ailədə belə
situasiyaların qarşısının alınması üçün valideynlər hər situasiyada
özlərini ələ almağı bacarmalıdılar. Özünü ələ almaq , daxili iradə ,
yaxud situasiyada hər şeyin yaxşı olacağına ümid etmək çox vacibdir.
Sadaladığım bu xüsusiyyətlər təkcə problemlərin həlli zamanı deyil, həm
də  hər hansısa bir işi , fəaliyyəti həyata keçirilməsində də  çox
səmərəlidir.

Belə
problemlərin qarşısının alınmasında psixoloji xidmət fəaliyyət
göstərərək, insanlara lazımı metodlar yolu ilə psixokorreksiya,
psixoloji konsultasiya, psixodiaqnostika , psixoloji maarifləndirmə və s
işləri aparılır. Sadaladığım bu sahələr valideynlərlə, ailələrlə,
uşaqlarla aparılaraq, səmərəli nəticələr əldə olunur. 

Bundan
başqa ailənin tipləri də vardır. Müasir ailə, Ənənəvi ailə , nuklear
ailə, cavan ailə, natamam ailə, , nigahdan kənar ailə, təkrar nigahdan
yaranan ailə və s.

Müasir
ailə tipi ailənin tam müasir standartlara uyğun olan aiələyə deyilir.
Təbii müasir dövrdə müasir ailəyə də çox rast gəlmək olar. Bu cür
ailələrdə ailə çox sərbəstliyə meyl edir. Bunun çərçivəsində uşaqda
ailədə göstərilən sərbəstliyə uyğun formalaşır. Belə ailə tipini
fikrimcə səmərəli hesab etmək olar. Çünkü nə kişi, nədə qadın öz iş,
yaxud fəaliyyətlərində bir- birilərinə müdaxilə etmir, əksinə daha
sərbəst olaraq ailəyə həm maddi chətdən dəstək olur, eyni zamanda ailədə
olan vacib işləri yerinə yetirir. Belə ailələrdə münaqişədə olmaz ,
ailənin istirahəti , vəzifələri də qaydasında ola bilər. Eyni zamanda
uşaq arzuladığı  hansısa işini valideynlərin müdaxiləsi olmadan həyata
keçirir. Belə ailədə tamlıq, ahəngdarlıq da olur.

Ənənəvi
ailədə isə adından göründüyü kimi bizim adət -ənənlərimizə uyğun
yönümlü tipdir. Ailə təkcə müasir olmağı ilə yanaşı ,eyni zamanda
ənənəsi ilə də seçilməlidir. Amma mənim fikrimcə, indi müasir dövr
olduğu üçün ailədə ənənə həddindən çox olmamalıdır.



Müasir dövrdə ən geniş yayılmış ailə tiplərindən biridə nuklear
ailədir. Nuklear ailə tipində ailənin tərkibi 3-4 nəfərdən ibarət
olur.Belə ailələrdə uşaqların tərbiyəsi və təlimi ilə məktəqəqədər
müəssisələr məşğul olur.

Cavan ailə adından göründüyü kimi, yeni ilk nigah olub, yaşı 30-u keçməyən ailədir.

Natamam ailə tam olmayan bir valideynli ailə olub, son illərdə sayı
artmaqdadır. Belə ailə boşanma nəticəsində yaranır, bir çox səbəblərdən ,
yəni valideynlərdən birinin ölümü və ya nigahdan kənar doğulan uşaq
olduqda əmələ gəlir.

Ailədə
valideynlərin birinin itirilməsi uşaqlara psixoloji cəhətdən təsir
göstərə bilər. Belə hallarda uşağın psixolji yardıma, dəstəyə  ehtiyacı
olur. Uşağın yaxınları onun yanında olaraq, dəstəyi ilə situasiyanı
yaxşılaşdıra bilər.

Təkrar
nigahdan yaranan ailə dedikdə isə, bu hər iki valideynin olduğu
ailədir, lakin burada ümumi uşaqlarla yanaşı, əvvəlki nigahdan olan
uşaqlarda vardır.

Bundan
başqa bayaq ailənin bütövlüyünü saxlayan digər ailə tipi: ideal
ailədir. Hər kəs ailəsinin ideal olmasını arzulayır. Təbii ki, ideal
sözü mükəmməl anlayışını versə də, amma heç bir insan ideal deyil. Hər
insanın qüsurları olduğu kimi ailədə də problemlər olur. Sual oluna
bilər ki, bəs ideal ailə anlayışı necə mövcud olur ?

Fikrimcə,
belə ailələrin sayı az olsa da, amma mövcuddur. Biz elə ailəni ideal
ailə hesab edə bilərik ki, ailədə hər bir şey bərabərdir, bütövdür,
münaqişəsizdir. Eyni zamanda tərəflərin bir- birinə qarşılıqlı hörməti,
sevgisi, qayğısı var. Təbii ki, belə ailə xoşbəxt və idealdır.

Beləliklə,
sonda qeyd etmək istəyirəm ki , hər bir insan ailəyə dəyər , qiymət
verməlidir. İnsan üçün həyatın mənası elə ailəsidir. Ailənin xoşbəxt 
olması insanın öz əlindədir. Xoşbət ailə üçün də birinci növbədə,
 saglamlıq , övladın olması, ailədə dostların, yaxınların olması
əsasdır. Ailə xoşbəxtdirsə deməli, insanda xoşbəxtdir.скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!