Ailə planlaması

Ailə planlaması
Evlilik
10.09.2017 11
Ailə
planlaması ailə qurmağa hazırlaşan hər bir gəncin qarşısında duran ən
vacib məsələlərdən biridir. Bu zaman diqqət etməli və nəzərə almalı
olduğumuz bir çox psixoloji məqamlar vardır. Hər insan bir dünyadır. Və
iki gəncin ailə qurması isə tək onların deyil, bu dünyaların artıq
birləşməsi deməkdir. Hər insanın dünyanı qavrama şəkli fərqlidir.
Qarşıdakı insanın dünyasını qəbul etmək və ona anlayış göstərmək
lazımdır. Ancaq belə olduqda uzunömürlü ailə səadətinə nail olmaq olar.
Bu isə qarşı tərəfi daha yaxşı tanımaq, onun xarakterik
xüsusiyyətlərini, dünyanı qavrama şəklini, sevdiyi və sevmədiyi
məqamları və s. bilmək ilə mümkündür. Bir insanla daha yaxşı münasibət
qurmaq üçün o insana gedən yolu bacardığınız qədər yaxşı bilmək
lazımdır. Necə ki, bir şəhərdən digər bir şəhərə gedərkən yolu nə qədər
yaxşı bilsəniz, bir o qədər də rahat və əziyyətsiz gedib çatacaqsınız.
Bu bütün insan münasibətləri üçün keçərlidir. Bura sevgi və ailə
münasibətləri də daxildir. Digər mühüm məqamlardan biri də qarşı tərəfin
sevgi dilini bilməyinizdir. Garry Charpmana görə beş əsas sevgi dili
vardır: Dəstəkləyici sözlər, birlikdə zaman keçirtmək, xidmət
davranışları, hədiyyə, fiziki təmas. Əgər sizin ailə quracağınız insanın
sevgi dili birlikdə zaman keçirtmək şəklindədirsə, siz ona nə qədər xoş
sözlər söyləsəniz belə onunla zaman keçirtmədikcə sizin sevginizin
azlığından şikayətlənəcək. Belə məqamlarda isə anlaşılmazlıqlar yaranır.
Çünki siz öz sevgi dilinizdə sevginizi izah edirsiniz, hansı ki qarşı
tərəfin sevgi dili tamamilə başqadır. Necə ki, ingilis dilində danışan
bir insanı azərbaycanca başa salmaq çox çətindir. Eynilə sevgi dilləri
üçün də bu keçərlidir. Sevginizi sevdiyiniz şəxsin sevgi dili ilə
anlatmağınız lazımdır. Digər məqamlardan biri isə kimliklərlə bağlıdır.
Sevgililik, nişanlılıq və evlilik. Sevgililikdən evlilik dönəminə qədər
cütlüklər 3 fərqli kimlik dəyişirlər. Hər bir kimliyin isə həm özünə,
həm də tərəf müqabilinə qarşı arzuları, tələbləri, öhdəlikləri fərqli
ola bilər. Yeni ailə quran gənclərdən müəyyən müddət sonra yəqin ki,
"mənimlə əvvəlki kimi maraqlanmır”, "əvvəl mənə daha çox yazırdı, indi
isə ancaq evə gələndə nə lazım olduğunu soruşmaq üçün zəng edir”, "ev
işlərinə daha çox vaxt ayırır” və s. bu kimi ifadələr eşitmisiniz.
Nümunədəki şikayətçi tərəflər evli olduğu halda problemlərə sevgili
kimliyi ilə baxdıqları üçün şikayət edirlər. Qarşı tərəflərin fərqli
kimliklərdə davranması da problemlərə yol açır. Evli gəncləri qarşıda
gözləyən növbəti kimlik isə valideyn kimliyidir. Yeni bir ailə
qurduğumuzda həyat yoldaşınızla birlikdə qurduğunuz onlarca xəyala,
düşüncəyə və arzuya sahib ola bilərsiniz. Ancaq həyata keçirtmək
istədiyiniz bu planların həyata keçirilməsi üçün lazım olan psixoloji,
fiziki və maddi şərtlərin olduğundan əminsinizmi? Xüsusilə də ailənizin
hazır olub-olmadığını nəzərə almadan bir uşaq dünyaya gətirmək və onu
tərbiyə etmək sonda tərbiyə edə bilməməklə nəticələnə bilər. Ailə
planlamasının əsasında doğuma nəzarət üsullarının dayanması düşünülsə də
bu sadəcə bir parçadır. Uşağı hansı üsulla dünyaya gətirəcəyinizdən
daha önəmli olan məsələlər var. Evinizin, ailənizin, işinizin, ekonomik
vəziyyətinizin, təhsil səviyyənizin uşağı böyütmək üçün uyğun
olub-olmadığını həyat yoldaşınızla birlikdə düşünməyiniz, müzakirə edib
birlikdə müəyyən bir qərara gəlməyiniz lazımdır. Sonda bir sualnan
oxucuları bu haqda düşünməyə dəvət edəcəm. Hara isə gedərkən etdiyimiz
səfəri belə çox dəqiq şəkildə planladığımız halda, ömrümüzün ən gözəl
səfərinə niyə plansız çıxaq ki? Bunu da unutmayın ki, bəzən həlli çətin
görünən böyük problemlərin kökündə çox asan həll olunacaq məsələlər
durur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!