Evlilikden sonra niye kökəlirik?

Evlilikden sonra niye kökəlirik?
Evlilik
10.09.2017 11
Evlilik hər bir insanın həyatında mühüm hadisədir. Və ailə kiçik bir
dövlətdir deyə düşünürəm. Və bu dövlətin sakinlərini toydan sonra bir az
kilo almış gördükdə "maşallah, həyat yoldaşın sənə yaxşı baxır" ifadəsi
hər kəsə məlumdur.



Doğurdan da araşdırmalar göstərir ki, ailə
qurduqdan sonra bir çox insan kilo almağa başlayır. Orta hesabla çəkidə
3-5 kq arası artım olur. Səbəbləri tam olaraq bilinməsə də, məlum
məsələdir ki, bir çox insanlarda ailə qurduqdan sonra "artıq bəyənən
bəyənib" fikri ilə qidalanmalarına diqqət yetirmirlər.



Toydan öncə gəlinlər istədikləri paltarı geyinmək üçün müxtəlif
üsullarla arıqlayırlar, bir tərəfdən də toy təlaşı və atıldıqları yeni
həyatın həyacanı öz sözünü deyir.



Evlilikdən sonra isə yeni cütlüyün dəvət aldığı məclislər, qonaqlıqlar daha sonra öz nəticəsini tərəzidə göstərir.



Ve təbii ki, təzə gəlin özünü bacarıqlı göstərmək üçün yeməklərin daha ləzzətli olması üçün aşırı yağdan istifadə edir.



Cütlüklər hər şeyi yarı böləcəyik sözünü təəssüf ki, yemək yeyərkən
də tutmağa çalışırlar. Və təbii ki, bəylərin enerji ehtiyacı
qadınlardan daha çoxdur. İkinci bir məsələ isə işdən yorğun gəldikləri
üçün hazır qidalara üstünlük vermələridir ki, bu da kilo problemini
dərinləşdirir. Amma yeməklərin porsiyası eyni olarsa, o zaman xanım kilo
almağa başlayar təbii ki.



Bəs nə etmək lazımdır? Məncə, yeni ailələrdə cütlüklər kilo
problemini həll etməkdə bir-birinə dəstək olmalıdırlar. Və öz həyat
tərzlərində qalıcı dəyişikliklər etməlidirlər. Məsələn, ailə dostları
ilə bərabər yarışlar keçirə bilərlər, həftənin müəyyən günlərini yürüyüş
günü elan edə bilərlər. Marketdə də təbii ki, daha "ağıllı alış-veriş”
etmək önəmlidir .



Düşünürəm ki, ailədə düzgün qida mədəniyyəti formalaşarsa, düzgün qidalanmağı öyrənən hər yeni ailə bunu gələcək nəsilə ötürər.



Hər "kiçik dövlət” sağlam gələcək yetişdirərsə bu, ölkənin hər sahədə sağlam gələcəyi olar deməkdir.



Sağlamlığımızı sağlam ikən qoruyaq, çünki həyatda heç nə və heç vaxt Sizin sağlamlığınızdan daha vacib ola bilməz! 



Məlumat dietoloq Tutu Zeynalovaya məxsusdur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!