Ailə quranlar üçün ciddi tövsiyə

Ailə quranlar üçün ciddi tövsiyə
Evlilik
10.09.2017 9
Azərbaycanda
nikahdan öncə tibbi müayinə məcburiləşdirilsə də, bir sıra cütlüklər
müayinənin nəticələrindən asılı olmayaraq, evlənmək qərarından
daşınmırlar. Belə ki, nikaha daxil olmaq istəyən cütlüklərin talassemiya
daşıyıcısı olduğu aşkar olunsa da, onlar ailə qurmağa üstünlük verirlər
ki, bu da talassemiya xəstəsi olan uşaqların dünyaya gəlməsinə zəmin
yaradır.

Məsələyə
münasibət bildirən pediatr-hematoloq, tibb üzrə fəlsəfə doktoru Sevinc
Əlifəttahzadə Trend-ə bildirib ki, hər iki tərəf talassemiya
xəstəliyinin daşıyıcısıdırsa, onlara ailə qurmaq olmaz. Onun sözlərinə
görə, belə cütlüklərin ailə qurması talassemiya xəstəsi olan uşaqların
dünyaya gəlməsinə səbəb olur.

S.Əlifəttahzadə
hesab edir ki, nikahdan əvvəl məcburi tibbi müayinənin nəticələrinə
uyğun hərəkət etmək lazımdır: "Nikahdan əvvəl məcburi tibbi müayinənin
tətbiqi çox gözəl haldır. Əgər insanlar bu qaydaya düzgün əməl edərsə,
dünyaya talassemiyalı uşaq gəlməyəcək”.

Məsələyə
münasibət bildirən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa
Quliyev Trend-ə bildirib ki, nikaha daxil olmaq istəyən insanları tibbi
müayinələrin nəticələrinə əməl etməyə məcbur etmək olmaz: "Azərbaycan
demokratik, hüquqi dövlətdir. Burada insan haqları hər şeydən yüksəkdir.
Ümumiyyətlə, demokratik, hüquqi dövlətlərdə insan haqları cəmiyyətin
haqqından yüksəkdə tutulur. Əgər insanın haqqı cəmiyyətin haqqından
aşağı olarsa, cəmiyyət insanı əzər. Cəmiyyət bütövlükdə hüququ, azadlığı
olan insanların toplusundan ibarətdir. Ona görə də o haqqı könüllü
olaraq insanlara vermək lazımdır ki, kim istəyər, nikah qurar, kim
istəyər, qurmaz”.

Onun
sözlərinə görə, dünya təcrübəsi göstərir ki, nikah öncəsi müayinə
aparılan ölkələrdə xəstəlik və daşıyıcı aşkar olunanların 90 faizindən
çoxu ya ailə qurmaqdan imtina edir, ya dünyaya uşaq gətirmir, ya da
müalicə olunaraq xəstə uşağın dünyaya gəlməsinin qarşısını alır: "Bu gün
tibb o qədər inkişaf edib ki, əgər insan xəstəlik daşıyıcısı olduğunu
bilsə, hamiləliyin müəyyən dövründə tibbi müdaxilə edib dünyaya sağlam
uşaq gətirməsi mümkündür. Bundan qorxmaq lazım deyil və heç bir halda da
qadağalar qoymaq olmaz. Qadağa qoyulsa, insanlar ümumiyyətlə müayinədən
keçməz və qanuni nikaha da girməzlər”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!