13 addımda xatirələrdə qalacaq toy

13 addımda xatirələrdə qalacaq toy
Evlilik
10.09.2017 13
Yaxında
toya hazırlaşırsan? Toyun fərqli, unudulmaz olsun deyə nələrsə
düşünürsən? Çox düşünmə! Foxy səni düşüncələrdən xilas edərək, sənə bu
işdə yardım "əl"ini uzadır.   



Şarlarla şəkil çəkdir - gəlinliyinlə eyni rəngdə olan ağ şarla şəkil çəkdirin. Şarla şəkil çəkdirmək həmişə fərqli bir mənzərə yaradır.



Xoşbəxtlik ağacı hazırla -
dostlarınız, qonaqlar, yaxın adamlar sizə olan gözəl hisslərini bu
ağacdan yazıb asacaqlar. Toydan sonra bu yazıları oxumaq gözəl hisslər
bəxş edəcək.



Valideynlərinin toy fotolarını nümunə al - ananın verdiyi pozanın eynisini edərək həm ona nostalji hisslər yaşada, həm də gələcəkdə baxanda xoş təbəssüm yaranar üzündə.



Rəfiqələrinlə birlikdə poz ver -
rəfiqələrin eyni rəng geyinə və sənin onlar üçün hazırlatdığın gül
dəstəsi ilə səninlə unudulmaz, gözəl xatirəyə çevriləcək şəkillər
çəkdirə bilərlər. 



Müxtəlif cür pozalar ver - eyni anda müxtəlif pozalar vermək istəsən rəfiqələrin və telefonları köməyinə gələr.



Fişənglərlə keçid hazırla -
dostlarınızın əllərində tutduğu və ya yerə düzülən fişənglər sizi nikah
masasına əyləncəli şəkildə götürəcək. Nikah görüntülərinizə baxanda
romantik hisslər yaşayırsan.



Baş örtünə (fata) baş hərflərinizi yaz - fatana adlarınızın baş hərfini yazdırmaqla onun sənə özəl olduğunu vurğulayacaqsan.



Anan və qayınananın əlləri ilə şəkil çəkdir - belə şəkil illər keçdikdən sonra baxanda gözəl xatirə olacaq hər üçünüzə.



Evli dost cütlüklərlə rəqs edin - evli dostlarınızla qonaqlar üçün maraqlı rəqs nömrəsi hazırlamaqla günü daha da yadda qalan edə bilərsən.



Fənər və şamlarla nikah salonuna girəcəyiniz yolu bəzə - toya maraqlı abu-hava qatacaq fənər və şamlar sənə də xüsusi hisslər bəxş edər.



Tavanı şarlar əvəzinə güllərlə bəzə - nikah masası olan yerin tavanını güllərlə bəzəyin. Başını qaldıranda belə bir mənzərəni görmək sənə xoş əhval bəxş edəcək.



Nikah məkanına daxil olacağınız yolu güllərlə dekor et -
sadə, eyni zamanda da mükəmməl olan bu fikri asanlıqla edə bilərsən.
Amma açıq havada olsa toy diqqət etmək lazımdır ki, hava küləkli
olmasın. 



Qonaqlara adlarınızın yazıldığı kiçik hədiyyələr paylayın -
toyunuza gələn qonaqlara da toyunuzdan xatirə qalmağını istəsəniz
adlarınızın yazıldığı kiçik ürək şəkilli hədiyyələr paylaya bilərsən.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!