Evlənmək istəyənlərin işi çətinləşir

Evlənmək istəyənlərin işi çətinləşir
Evlilik
10.09.2017 25
Yaxın zamanlarda nikaha daxil olmaq istəyən cütlüklər hepatitlərin bütün
növlərinə görə müayinədən keçiriləcək”.
XəzərXəbər xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş hemotoloqu
Çingiz Əsədov bilidirb. O, qeyd edib ki, yaxın illərdə nikaha daxil
olmaq istəyən çütlüklərin müayinəsi üçün analizlərin sayı artırılacaq:
"Artıq talassemiyaya qarşı ciddi addımlar atılır. Yaxşı cihazlarımız və
reaktivlərimiz var. Hazırda SPİD və sifilisə görə analizlər götürülürsə,
gələcəkdə hepatit virusuna görə analizlərin götürülməsi gözlənilir”,
-deyə Ç.Əsədov bildirib.
Onun sözlərinə görə, yoxlamalar nəticəsində 6 nəfər talassemiya
daşıyıcısının hamilə qadığı məlum olub. Onlardan yalnız birinə
hamiləliyin dayandırılması tövsiyyə olunub.
"Əgər dölün xəstə olacağı müəyyən olunursa, hamiləliyin dayandırılması
tövsiyyə olunur. Artıq bununla bağlı bir nəfər müraciət edib. Həmin
cütlük İsmayıllıdandır. Onlar artıq rayonda hamiləliyin dayandırılmasını
həyata keçiriblər”-deyə Çingiz Əsədov bildirib.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!