Həyat yoldaşına qarşı misilsiz eşq

Həyat yoldaşına qarşı misilsiz eşq
Evlilik
10.09.2017 8
Layiqli qadınların bəyənilən
xüsusiyyətlərindən biri də ərlərinə qarşı misilsiz eşq-məhəbbət
bəsləməkdir. Bu məsələ o qədər təsirli və əhəmiyyətlidir ki, böyük din
fəqihləri bu xüsusiyyəti nikahın əsas şərtlərindən biri hesab etmişlər.
Bu xüsusiyyət olmadan ərin qarşılıqlı məhəbbəti və aram ruhu mümkün
deyildir. Qəti şəkildə demək olar ki, ərinə həqiqi mənada aşiq olan
qadın heç vaxt onun sözündən çıxmaz. Ailə həyatının əsası mehr-məhəbbət
əsasında qurulmuşdur. Allah taala "Rum” surəsinin 30-cu ayəsində bu
həqiqəti aşkar şəkildə bəyan edir. Buna görə də Allah ər-arvad arasında o
qədər məhəbbət yaradır ki, onun mislini heç kəsdə yaratmamışdır. İndi
sizin diqqətinizi bu barədə bir hədisə cəlb edirik. Əli ibni Hüseyn
(əleyhissalam) buyurur:

"Allah
taala qadını əri üçün aramlıq səbəbi qərar vermişdir və bu, həqiqətdə
böyük ilahi bir nemətdir.” "Məkarimul-əxlaq”, səh. 420. Bu hədisdən
aydın olur ki, qadın belə bir xüsusiyyətə malik olmazsa, aramlıq mümkün
deyildir. Həyat yoldaşı islami əxlaqla, məhəbbət dolu baxışlarla, gözəl
və bəzənmiş halda əri ilə qarşılaşarsa, rifahını, imkanlarını və həyat
yoldaşının asayişini təmin edərsə, şəksiz ki, onun aramlığını da təmin
etmiş olar və nəticədə ailə ocağında mehriban, ürəyiyanar və işgüzar
övladlar tərbiyə olunar.

Ümmü Sələmə
deyir: "Zəhra bəxt evinə gedəndə Peyğəmbər Əli və Fatiməni öz hüzuruna
çağırdı. Əlinin sağ əlini, Fatimənin sol əlini öz sinəsinə qoyub hər
ikisinin alnından öpdü və hər birinin məqamını digərinə tanıtdırdı,
məhəbət dolu həyatı onlara tövsiyə etdikdən sonra Fatiməni Əliyə təhvil
verdi.” 

Bəli, Əli və
Fatimə (əleyhiməssalam) agahlıq üzündən ilə evləndilər, onlar
bir-birinin məqam və mənzilətini bilirdilər. Bir-birinə o qədər məhəbbət
bəsləyirdilər ki, maddi məsələlər və yoxsulluq onların müqəddəs eşqini
zərrə qədər belə azalda bilmədi, ailənin səfa-səmimiyyətində
sarsıntılara yol vermədi. Əli (əleyhissalam) möhkəm bir dağ kimi olduğu
halda Həzrət Fatimə vəfat edəndən sonra onun hicranında özündən
taqətsizlik göstərdi, bütün səbri tükəndi. Allah taaladan səbir istədi.
Həzrət o qədər zəifləmişdi ki, köməkçi olmadan hərəkət edə bilmirdi;
əmisi Abbas onun əlindən tutub evə apardı. ("Cəlaül-üyun”, 2-ci cild,
səh.221; "Səfinə”, 2-ci cild, səh.375)

İmam Sadiq
(əleyhissalam) nəql edir ki, islam ordusu Rəsuli Əkrəmlə birlikdə
cihaddan qayıdırdı. Mədinə arvadlarından bir çoxu şəhid olmuş ərləri,
qohum-əqrəbaları barəsində soruşurdu. Bu zaman öz ailəsindən üç nəfər
şəhid verən bir qadın Həzrətin yanına gəlib bir-bir onların barəsində
soruşdu. Həzrət atasının və qardaşının şəhadət xəbərini ona verdi. Qadın
bu xəbəri vüqarla dinlədi və Allaha şükür etdi, səbirsizlikdən
əsər-əlamət görünmədi. Sonra əri barəsində soruşdu. Həzrət onun da şəhid
olmasını xəbər verdi. Qadın bunu eşidən kimi bütün qüvvəsi əldən getdi,
səbirsizlik etdi, onun böyük müsibətindən xəbər verən "vay, vay!”
səsləri ucaltdı. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) o qadının öz
ərinə qarşı bəslədiyi müqəddəs məhəbbətdən təsirlənərək buyurdu:

"Mən onu belə
görüncəyə qədər heç də güman etməzdim ki, qadın öz ərinə qarşı bu qədər
məhəbbət bəsləsin. ”("Kafi”, 5-ci cild, səh. 506

Bu hədis
göstərir ki, ər-arvadın bir-birinə qarşı bəslədikləri eşq-məhəbbət çox
müqəddəsdir. Valideyn-övlad arasında olan məhəbbət belə, bu məhəbbətə
çata bilməz. Buna görə də islam dini göstəriş verir ki, mehriban və
atifəli qadınlarla evlənin, bu cür qadınlar ən yaxşı qadınlardır. Rəsuli
Əkrəm (s) buyurur:

"Qadınların
gözəl, layiqli və səciyyəvi xüsusiyyətlərindən biri də budur ki, çox
doğan olsunlar və öz ərlərinə qarşı çox məhəbbət bəsləsinlər. Əgər qadın
və kişidə islam əxlaqına malik olmaq şərtdirsə, kifayət qədər
eşq-məhəbbət də onun bir hissəsidir. ("Vəsailüş-şiə”, 14-cü cild,
səh.51)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!