Azərbaycanda nikah müqaviləsi bağlayanların sayı artıb

Azərbaycanda nikah müqaviləsi bağlayanların sayı artıb
Evlilik
10.09.2017 41
"Azərbaycanda ailə quran tərəflər arasında əmlak münasibətlərini tənzimləyən nikah müqavilələrinin bağlanması halları artıb".

Bunu  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.

Onun
sözlərinə görə, 2015-ci ildə bağlanan nikah müqavilələrinin sayı 124
olub: "Bağlanan nikah müqavilələrinin sayı ümumi nikahların bir faizini
də təşkil etmir. Amma əvvəllər nikah müqavilələrinin sayı 50-60 fakt
idi. Bu gün isə müqavilələrin sayı artıq 124 olub. Əksər müqavilələr
yerli vətəndaşlar arasında bağlanır".

Qeyd
edək ki, ər-arvad nikah müqaviləsi bağlamaqla ümumi əmlaka, onun
ayrı-ayrı növlərinə və ya ər-arvadın hər birinin əmlakına birgə, paylı
və ya ayrıca mülkiyyət rejimi tətbiq etmək imkanına malikdirlər.

Nikah
müqaviləsi nikahın bağlanmasının dövlət qeydiyyatına qədər, eləcə də
nikah dövründə istənilən vaxtda bağlana bilər. Nikah müqaviləsinin
bağlanması məcburi deyil, tərəflərin iradəsindən və qarşılıqlı
razılığından asılıdır. Nikah müqaviləsində nikah pozulduqdan sonrakı
dövr üçün nəzərdə tutulan vəzifələr istisna olmaqla, nikaha xitam
verilməsi anından nikah müqaviləsinə də xitam verilir.//trendскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!