Xoşbəxt münasibət üçün nə etmək lazımdır?

Xoşbəxt münasibət üçün nə etmək lazımdır?
Evlilik
10.09.2017 9
Prioritetiniz əriniz olmalıdır

Ailədaxili
bir qərarın qəbul olunmasında ərinizin sizdən öncə öz atası, anası ilə
görüşməsi, eləcə də sizin öz atanız ananızla görüşməyiniz böyük problem
yarada bilər. Əriniz və sizinlə əlaqəli məsələlərdə ilk öncə
bir-birinizlə danışmalı, bir-birinizdən fikir almalısınız. Ailələrinizi
münasibətlərinizə qarışdırmaq sizin  xöşbəxt olmamağınızla nəticələnə
bilər.   



Sağlamlığınıza diqqət edin

Fiziki
sağlamlıq həyatınızın bütün nöqtələrinə təsir edən əsas ünsürdür.
Düzgün qidalanıb və idmanla məşğul olsanız özünüzü daha cazibədar hiss
edəcəksiniz. Bu özünüzə dəyəri və özgüvəni artıracaq və dolayısıyla daha
yaxşı seks həyatı deməkdir.



Tək qalın

Ərinizlə
birlikdə zaman keçirmək çox önəmlidir. Ancaq evlilik hər zaman birlikdə
olmaq demək deyil. Özünüzə, maraqlarınıza, dostlarınıza vaxt ayırın.
Ayrı-ayrı vaxt keçirmək bir - birinizə danışacağınız hekayələrin də
yaranmasına səbəb olaca. Beləcə münasibətiniz daha da rənglənəcək.



Özünüzdə problem tapmaqdan əl çəkin

Araşdırmaya
görə, qadınların 25% - i bədən ölçülərinə görə kompleksə düşürlər. Hər
zaman daha da arıq olmağın xəyalı ilə yaşayırlar. Hətta parnyorlarından
tez-tez soruşdurları sual " Çox kökəm?" olur. Əslində bu sualları
beyindən atıb bütün enerjinizi münasibətinizə sərf etməlisiniz.



Birlikdə sosiallaşın

Özünüzü
dost ortamlarından kənarlaşdırmayın. Uşaqlarınızı evdə qoyub birlikdə
dostlarınızla görüşün. Sosial ortamlarda həyat yoldaşınızı tərifləyin.
"İş yerində çox müvəffəqiyyətlidir.", "Mənə belə bir surpri etdi" kimi
ərinizlə qürurlandığınızı və xöşbəxt olduğunuzu göstərən sözlər deyin. 



Tərifi unutmayın

Kişilər
yataqda yaxşı olduqlarını eşitməkdən xöşbəxt olarlar. Buna görə də,
"Dünən gecə bambaşqaydın" və s. tərifləri deməyi unutmayın. Bu ona
verəcəyin ən yaxşı hədiyyədir. Özünəgüvən və çox daha yaxşı olmaq istəyi
yaradacaqsan onda. 



Bir-birinizin zövqlərinə, hobbilərinə hörmətlə yanaşın

Onun
hobbiləri, zövqü sizin xoşunuza gəlməsə də buna hörmətlə yanaşmaq sizin
borcunuzdur. Eyni hörməti də qarşı tərəfdən gözləmək sizin haqqınızdır.
Həm bəlkə o sevmədiyiniz, ancaq sevgilinizin xoşuna gələn məşğuliyyət
sizin də xoşunuza gələcək. Məsələn ərinizin ən böyük hobbilərindən biri
futboldursa, bir gün onunla birlikdə futbol izləməyə gedin. Və ya
basketbol oynamaqdan zövq alırsa, ondan sizə də basketbol oynamağı
öyrətməsini və birlikdə oynamağı təklif edin. Qısacası ön yargınıza
məğlub olmayın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!