Sağlam münasibətin 13 əlaməti

Sağlam münasibətin 13 əlaməti
Evlilik
10.09.2017 8
Xoşbəxt
cütlük görəndə ətrafdakı insanlar ürəklərində həmin an deyirlər: "Necə
də xoşbəxtdirlər”! Əslində hər bir münasibətdəki əlaqələr gözəl ola
bilər.

1. Onunla güvəndə olduğuna əmin ola bilərsən və o sənə nə mənəvi, nə də ki,  fiziki olaraq dəhşətli nəsə bir şey etməz. "Pis oğlanlar" yalnız kinoda yaxşıdır.

2. Sən
yəqin bilirsən ki, onun sənə münasibəti necədir. Bir insan öz
hərəkətləri və davranışları ilə sənə eyham vurur ki, səni sevir və sənə
də çobanyastığıda cavab axtarmaq gərəyi qalmır ( sevir-sevmir). 

3. Sən
onu dəyişdirməyə çalışmırsan və bunu arzulamırsan: az içsin, daha
səliqəli olsun...Sağlam münasibətdə sən münasibətdə olduğun insanı necə
var elə də qəbul etmiş olursan.

4. Həyat
mübarizədir amma əlbəttə ki, sevgilinlə yox. Pis münasibət sizin
qazanmağa çalışdığınız döyüş kimidir. Yaxşı münasibət isə görüşdüyünüz
an taleyin mükafatını aldığınızdır. 

5. Çətin
ki, nə vaxtsa dostlarına görə şikayətlənəsən. Bu münasibət əvvəlki
yaşdakılar kimi deyil ki, hər keçmiş rəfiqəsi ilə olan qısa sms-lər
aranızda bitib-tükənməyən müzakirələrə bəhanə olsun. 

6. Onun
sanki nəsə gizlətməsi haqqında heç bir şey hiss etmirsən. Sən bilirsən
ki, sevgilin səninlə hər şeyi açıq danışır. Sən ondan "sənin bilməməyin
yaxşıdır”, "mənə vaxt lazımdır, mən bu haqda danışmağa hazır deyiləm”
kimi ifadələr eşitmirsən. Sən ondan kifayət qədər diqqət, sevgi, qayğı,
səmimilik alırsan və sənə ondan bütün sözləri kəlbətin ilə dartmağa
ehtiyac qalmır. 

7. Münasibətlərdə
inciklik, qısqanclıq, qisas və digər axmaq xüsusiyyətlərə yer yoxdur.
Onu hər hansı söhbətə məcbur etmək, hansısa səhvinə və ya qısqanclığa
görə cəzalandırmaq sənin işin deyil. 

8. Bir-birinizi
mühakimə etməyin və qarşılıqlı səmimi olun. Ən yaxın adamların
bir-birinə qarşı qeyri-səmimiliyi anlaşılmazdır. 

9. Gələcək
haqqında açıq danışmaqdan qaçmayın. Təbii ki, bu elə birinci görüşdəcə
uşaq haqqında düşünmək demək deyil. Artıq bir il sonra münasibəti hansı
istiqamətdə irəlilətməyi düşünməyin əsl vaxtıdır.

10. Ətrafınızdakılar sizi cütlük kimi qəbul edirlər. Dəvət olunduğunuz harasa ikinci dəfə yenə dəvət olunursunuz. 

11. Hətta
mübahisə etmiş olsanız belə, bilirsiniz ki, bu münasibətin sonu deyil.
Sevən insanlar həmişə nəyəsə görə mübahisə etsələr də ortaq məxrəcə gələ
bilirlər. 

12. Əgər
o sənin zəng və mesajlarınıza cavab verə bilmirsə, həmin an narahat
olmayın. O an düşünmək lazım deyil ki, o səni atıb harasa çıxıb gedib.

13. Sən
əvvəlki münasibətlərin haqqında düşünürsən və təəccüblənirsən ki, indi
olduğu kimi daha azına qane ola bilərdin. Axı indi bilirsən həqiqi,
sağlam münasibət nədir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!