Evliliyə mane olan amillər

Evliliyə mane olan amillər
Evlilik
10.09.2017 18
Cavanların evliliyinə mane olan amillər müxtəlifdir. Onları tanıyaq:

1. Fərdi problemlər.

2. Ailə problemləri.

3. İctimai problemlər.

 

Fərdi problemlər.

Adətən
evliliyə mane olan ən mühüm amil budur - bir insanın evliliyə olan
fərdi baxışıdır. Hər kəsin evliliyə olan baxışı eyni deyildir,
müxtəlifdir. Bu da həyat yoldaşı seçimində və qərar verməkdə çətinliklər
yaradar. Hər kəs ideal insan axtarışındadır, ancaq hər kəsin idealı
fərqlidir. Əgər evləndiyi insan idealı deyildirsə, bu zaman nakamlıqlar
başlayar və aradan qaldırılması çətin olan izlər qoyub gedər. Əgər cavan
Quran və Məsumlarımızın (ə) söylədiyi meyarlara əməl edərək evlənərsə,
təəssüflənməz. Mömin insanın bütün səyi - ailəsinin xoşbəxt və şad
olmasıdır. Belə bir insanın ailə həyatı şirin və xoşbəxt olar. Ancaq
əgər meyarı maddi və nəfsani olarsa, o zaman həyat yoldaşından tez
soyuyar və ailə həyatı ona yorucu gələr. Beləliklə, deyə bilərik ki, bir
cavanın fərdi problemlərinin aradan qaldırmağının yolu - İlahi meyarlar
əsasında seçim etməsi və yaşamasıdır.

 

Ailə problemləri.

Cavanların evlənməsinə mane olan ailə problemləri bunlardır:

1. Ailələrin özünü bir-biri ilə müqayisə etməsi.

2. Gəlin və bəydən yersiz gözləntilər.

3. Mədəniyyət, iqtisadi, ailə fərqlərinin olması.

 

İctimai problemlər.

Bu problemləri də bir neçə dəstəyə bölmək olar.

1. Məskən.

2. Təhsil.

3. Peşə və lazımlı qədər qazancının olmaması.

4. Toy mərasimi üçün lazımi qədər pulun olmaması.

Beləliklə
deyə bilərik ki, əgər insanların evliliyə olan baxış bucağını dəyişdirə
bilsək, cavanlarımız çox rahat şəkildə ailə qurar və evlilik yaşları da
ötməz. Bunun üçün bu üç problemi aradan qaldırmağa çalışmaq və İlahi
meyarları əsas tutmaq lazımdır. Təmtəraq və həddən artıq pul xərcləmək
nə cavan cütlərə xeyir gətirər, nə də gələcəkdə xoşbəxt olmaları üçün
təminat olar. Əksinə, toya xərclənən bu qədər külli miqdarda pulu
çatışmayan problemlərini aradan qaldırmağa xərcləsəydilər, daha xeyirli
və bərəkətli olardı. Hər bir halda evlənməyi qəsd edən hər bir cavan bu
problemlərə diqqət etməli və seçim zamanı İlahi meyarı əsas
götürməlidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!