Xoşbəxtliyin açarı

Xoşbəxtliyin açarı
Evlilik
10.09.2017 28
Valideyn
olaraq övladınızın xoşbəxtliyi sizin üçün ən ümdə məqsəddir. Bu
məqsədlə onun hər bir arzusunu yerinə yetirməyə, saysız hesabsız
oyuncaqlar almağa, ən yeni geyim və texnoloji avadanlıqları tez bir
zamanda ona yetişdirməyə hazır olduğunuz da təbiidir. Bəs bilirsiniz ki,
sizin bütün bu növ səyləriniz onları yalnız qısa müddətdə xoşbəxt edə
bilir? Xoşbəxtliyin övladınız üçün ömür boyu sürəcək həyat tərzinə
çevrilməsi üçün heç də bu qədər maddiyata ehtiyac yoxdur. Gərək olan
yalnız sizin sevginiz və dəstəyinizdir.

İlk
növbədə övladlarınızı daha yaxından tanımağa çalışın. Onların özlərini
ifadə etməkdə çətinlik çəkdikləri ilk aylarında qığıltılarından,
ağlamaqlarından, daha böyük yaşlarında üz ifadələrindən hərəkətlərindən
balalarınızı narahat edən məqamları vaxtında sezin. Bu bacarığa
yiyələnməyin ən asan yolu isə onlarla daha çox ünsiyyətdə olmaqdır. 
Övladlarınızı qucağınızda gəzdirməkdən, onları öpüb bağrınız basmaqdan
çəkinməyin. "Qucağa öyrəşər” "Ərköyün olar” deyə məsləhətlərə əhəmiyyət
verməyin. "SİZ” onlar üçün ən qiymətli varlıqsınız və sizinlə ünsiyyət
və yaxınlıq onları xoşbəxt edəcək ilkin şərtdir.

Övladlarınız
üçün digər yaxınları ilə ünsiyyət yaratmağa, yeni dostlar tapmağa
şərait yaradın. Bu ünsiyyət zamanı onlar bölüşmək və qayğı göstərmək
kimi mühüm keyfiyyətlərə yiyələnəcəklər. Belə keyfiyyətlər onlara
özlərini lazımlı və vacib hiss etməyə kömək edəcək. Bu hətta yetkin
insanlar üçün də xoşbəxtliyin açarı hesab olunur.

Övladlarınızı
tərifləyərkən doğru məqamlara diqqəti yönəldin. Oğlunuzu futbolda qol
vurduğu üçün deyil, qol vurmağa sərf  etdiyi zəhmətinə görə
qiymətləndirin; qızınızı gəzməyə başladığı üçün deyil, bunun üçün etdiyi
cəhdlərə görə əzizləyin. Əks halda övladınızın özünə inamı sırf
nailiyyətlərindən asılı olacaq. Bu səbəbdən hər dəfə nəyisə bacarmadıqda
məyusluq qaçılmaz hala çevriləcək. Onlar sizin və digər yaxınlarının
sevgisini də nailiyyətləri ilə əlaqələndirəcəklər ki, bu da uğursuzluğun
bədəlini övladlarınızın gözündə süni şişirdəcək. Nəticədə əziz
balalarınız  hətta qazandıqları uğurlarından da zövq almaqda çətinlik
çəkəcəklər.

Sonda
bir qızıl qaydanı xatırlayın: xoşbəxt valideyn xoşbəxt övlad deməkdir. 
Ən əziz varlıqlarınız uğrunda bitməyən zəhmətiniz sizi özünüzü xoşbəxt
edəcək fəaliyyətdən uzaq salmamalıdır. Siz övladlarınıza xoşbəxt insan
nümunəsi olmalısınız. Onlar xoşbəxtliyi mücərrəd məhfum kimi  deyil,
sizin obrazınızda həyat tərzi kimi görməlidilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!