Evlilik təklifinin üç rəddedilməz üsulu

Evlilik təklifinin üç rəddedilməz üsulu
Evlilik
10.09.2017 7
Münasibətlərinin
növbəti mərhələyə çatıb və sevdiyiniz xanıma evlilik təklifi etməyin
vaxtı gəlib-çatdı? Bunu mümkün qədər təsirli etmək lazımdır - axı
gələcək həyat yoldaşınızın bu günü xatırlayaraq Sizin davranışınızı
qiymətləndirməsinin dərəcəsi məhz evlilik təklifinin təsirliliyindən
asılıdır. Odur ki, evlənmə təklifi maksimum dərəcədə fantaziya və
romantika ilə müşayiət olunmalıdır. 



Sevdiyiniz qıza Sizinlə evlənməsi təklifini etməyin müxtəlif gözəl üsulları var. 



Birinci üsul. Standart 

Standart,
lakin eyni zamanda gözəl və xoşagələn evlilik təkliflərini bir çox
filmlərdə görmək olar. Evlənmə təklifini edəcəyiniz yer - elit restoran.
Qutuda üzük, əlinizdə holland qızılgülü və ya səhləb çiçəyi, bədəniniza
oturmuş kostyum - Sizi müşayiət edən arsenal olmalıdır. Təsir üsulu -
gözəl təsir bağışlayan nitq və öpüş. Çətin ki bir xanım bu cür təklifə
qarşı dayana bilər. Xanımı tamamilə heyrətləndirmək istəyirsinizsə,
Sizin üçün romantik bir melodiya ifa edəcək skripkaçı dəvət edə
bilərsiniz. 



İkinci üsul. Orijinal. 

Gözlənilməz
və gözəl bir şəraitdə edilən evlənmə təklifləri orijinal hesab olunur.
Məsələn, sevdiyiniz xanım üçün fleşmob təşkil etmək olar. Fleşmobun hər
bir iştirakçısı xanıma yaxınlaşıb, bir gül hədiyyə etsin. Sonda isə Siz
peyda olursunuz, əlinizdə üzük xanımın qarşısında dizi üstə çöküb, ona
evlənmə təklifi edirsiniz. İncə, gözəl və təsirli evlənmə təklifidir -
Sizin bu hərəkətinizi hələ zeyli vaxt ərzində başqalarına nümunə
göstərəcəklər. 



Üçüncü üsul. İctimai. 



İctimai
evlilik təklifini mini-səhnə və mikrofonun olduğu istənilən yerdə etmək
olar. Bunun üçün, orada olan insanların diqətini rica edirsiniz. Sonra
xanımın ləyaqəti və bütün yaxşı cəhətlərini sadalayaraq
münasibətlərinizin tarixcəsi barədə qısaca olaraq danışırsınız. Daha
sonra isə sevdiyinizi etiraf edərək evlilik təklifinizi edirsiniz.
Nitqiniz ətrafdakıların alqışları ilə müşayiət olunan asta bir rəqslə
yekunlaşır. 




sonda, evlilik təklifi - Sizin birgə həyatınızın başlayacağı an ola
bilər. Gözəl və yadda qalan evlənmə təklifini etməklə Siz gələcək ailə
həyatınızda da böyük nüfuz qazanacaqsınız. Odur ki, bu an üçün heç nə
əsirgəməyin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!