Ailә sәadәtini necә qorumalı

Ailә sәadәtini necә qorumalı
Evlilik
10.09.2017 6
Ailә sәadәti ilә bağlı mövzuda xoşbәxt, ideal ailәlәrdәn bәhs edәrkәn, reallıqları da nәzәrdәn
qaçırmaq olmaz.

 

Yәni nağıllardakı kimi bir ailәmiz yoxdursa, ara­sıra hәyat yoldaşımızla mübahisә ediriksә vә ya
keçmişdә etmişiksә, xoşbәxt olmaqdan, sabahlara ümidlә baxmaqdan әlimizi üzә bilmәrik.
 Hәr şeydәn әvvәl bilmәliyik ki, xoşbәxtlik bizdәn asılıdır. Yәni xoşbәxt olmaq istәyiriksә ümidsizliyi
bir kәnara qoymalıyıq. Әlbәttә, hәr ailәdә söz­söhbәt olur. Bir­biri ilә az­çox dalaşmayan, ayrı­ayrı
fikirlәr üstündә mübahisә etmәyәn nә qәdәr az ailә var.

Әsas mәsәlә ilk növbәdә bu xoşagәlmәz hadisәlәrin qarşısını almağa çalışmaq, әgәr qarşısını
ala bilmiriksә çox da uzatmamaqdır. Hәr xanım hәyat yoldaşının xasiyyәtini yaxşı bilir. Biz istәsәk
xoşagәlmәz hadisәlәri әvvәlcәdәn sezib tәdbir görә bilәrik. Qoy dava­dalaşlarımız qısa olsun.
Xüsusilә dә o gün axşam olmamış mütlәq barışın. Küsülü yatsanız, hәyatınız da gecәnin rәnginә
bürünәr. Heç bir şeyin dadını çıxara bilmәrsiniz.

 

Bir rәvayәtә görә şeytanlar hәr gün QAF dağının arxasında görüşürlәr. Hәr biri insanı yoldan
çıxmaq üçün nә etdiyini danışır. Hamısının sözü bitdikdәn sonra mükafat mәrasimi keçirilir. Әn
böyük mükafat әr ilә arvadın arasını vuran şeytana verilir. Ona görә dә şeytanı sevindirmәmәk vә
mәsәlәni böyütmәdәn barışmaq lazımdır. Әgәr haqlıdırsa üzr istәmәk, haqsızdırsa üzrü qәbul
etmәk lazımdır. Belә mübahisәlәrin uşaqlarımızın ruhunda törәtdiyi fәsadları gözlәrimizlә görә
bilsәydik, inanıram ki, heç bir ata­ana mübahisә etmәzdi.

 

Qoyun evlәrimizdәn dava­dalaş sәslәri yox, uşaq gülüşlәri eşidilsin…скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!