İndiki münasibətlərin tez bitməsinin 10 əsas səbəbi

İndiki münasibətlərin tez bitməsinin 10 əsas səbəbi
Evlilik
10.09.2017 10
Münasibətlər
hər zaman xoş anlardan, rahatlıq və harmoniyadan ibarət olmur. Bunu
daha yaşlı nəsildən də tez-tez eşidirik. Lakin müasir dövrdə
münasibətlər uzun sürmür. Bunun əsas səbələrindən biri isə, ilk
mübahisədə, ilk qarşıdurmada tərəflərin sevgililərini "əvəzləmək” üçün
axtarışa çıxmalarıdır. Bəs bunun səbəbi nədir? Niyə müasir dövrdə
münasibətlər bu qədər qısamüddətlidir?



1. Biz hazır deyilik

Bəzən
sadəcə səbəb bunda olur – biz münasibətə tam hazır deyilik. İnsan özü
həmin mərhələyə qədər böyüyə bilməyibsə, başqasıyla əl-ələ tutmaqla da
böyüyə bilməz. Nəticədə məyusluq və göz yaşı alınır.



2. Sevgini başqa hisslərlə səhv salırıq

Hər
bəyəndiyimiz insanı sevirik deyə düşünürük. Nəticədə müəyyən müddətlik
bəyənmə hissi və ya ehtiras keçdikdən sonra, qarşındakı insanı heç də
sevmədiyini dərk edirsən. Buna görə də, münasibətə başlamamışdan əvvəl
sevdiyindən əmin olmaq lazımdır. Əks halda, münasibət çox qısamüddətli
və məyusedici olacaq.



3. Məişət həyatına yüklənirik

Gündəlik
problemlər də bizi sevdiklərimizdən uzaqlaşdıra bilir. Biz adətən
qarşımızdakı insanı yükləməmək adıyla onunla bu problemləri müzakirə
etmir və nəticədə ondan uzaqlaşırıq. Məişət problemlərini hər zaman
müzakirə etmək, onların həyatın bir norması olduğu qəbul etmək və
öhdəsindən birlikdə gəlmək lazımdır.



4. Nəticələrin dərhal olmasını gözləyirik

İndi
və burada! Bütün arzu və xəyallarımızın dərhal həyata keçməsini
istəyirik. Lakin unuduruq ki, heç birimizin əlində sehrli   çubuq yoxdur
və nəticələrin əldə edilməsi üçün uyğun şərait və zamana ehtiyac var.



5. Biz fərqlilik sevirik

Daha
yaxşı variant tapana qədər, bir insanla olmaq artıq çox normal bir şeyə
çevrilib. Biz acgöz olmuşuq, hər şeyi dərhal istəyirik. Bir insanla bir
neçə sutka keçirməkdənsə, bir sutkada bir neçə insanla görüşmək kimi
xəstəliyə tutulmuşuq.



6. Texnologiyadan asılı hala düşmüşük

Bizim
artıq söhbət etmək üçün bir mövzumuz qalmayıb – onsuz da bir-birimiz
haqqında "hər şeyi” bilirik. Texnologiya bizi o qədər yaxınlaşdırıb ki,
artıq nəfəs almaq olmur. Canlı ünsiyyət, bir-birini hiss etmək kimi
anlayışlar get-gedə yox olmağa başlayıb.



7. Bir yerdə otura bilmirik

Sabitlik,
əbədiyyət kimi sözlər bizi qorxutmağa başlayıb. Bir insanla bir ömür
yaşamaq bəziləri üçün hətta lənətə çevrilib. Biz daha çox yer görmək,
daha çox insanla birlikdə olmaq üçün yaradıldığımızı düşünürük.



8. Məntiqimizə daha çox arxalanmağa başlamışıq

İndiki
nəsildən çox az insan ancaq hissləriylə sevməyə qadirdir. Hər şeyi
məntiqin sərhədləriylə ölçmək vərdişimizə çevrilib. Çətindir, uzaqdır,
qeyri-mümkündür və sair kimi sözlərlə bəyəndiyimiz insanları da zaman və
məkana uyğun seçib, sevməyə çalışırıq.



9. Çox şeydən qorxuruq

Ürəyimizin
sınmasından, yeni ağrılardan qorxuruq. Buna görə də həyatımıza girən
insanları da görünməz divarlarla özümüzdən uzaqda saxlamağa çalışırıq.
Nəticədə hər iki tərəf əziyyət çəkir, lakin problemin nədən
qaynaqlandığını heç cürə başa düşmürlər.



10. Daha münasibətlərə qiymət vermirik

Bizi
ətrafımızda olan insanlar o qədər məyus edə bilər ki, həyatımıza girən
həqiqi sevgi və düzgün münasibəti də dəyərləndirmək bacarığımızı itirə
bilərik.

Bu haqda nə düşünürsən?скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!